Jurnalist və yazar, Türkiyə prezidentin baş müşaviri, İqtisadi Siyasət Şurasının üzvü Yiğit Bulut müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
İstanbulun Maslak qəsəbəsindəki özəl xəstəxanalardan birində xərçəng müalicəsi alan 53 yaşlı Yiğit Bulut bu gün səhər saatlarında dünyasını dəyişib. Prezident Rəcəb Tayyib Ərdoğan prezidentin baş müşaviri Yiğit Bulutun vəfatından sonra sosial şəbəkədə paylaşım edib.
“Baş müşavirlərimizdən biri, İqtisadi Siyasət Şurasının üzvü, dəyərli həmkarımız Yiğit Bulutun vəfatını dərin hüznlə öyrəndim.
Allah Yiğit bəyə rəhmət eləsin, ailəsinə, sevənlərinə, bütün həmkarlarına başsağlığı versin”.