Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalının 2024-cü ilin oktyabrında etdiyi çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın “Daxili cəbhəni gücləndirək” mesajı ilə start verilən “Terrorsuz Türkiyə” quruculuğu prosesinin silahsızlaşma mərhələsinin başlamasına bir neçə saat qalıb.
Avropa.info “HaberGlobal”a istinadən xəbər verir ki, bu gün Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatı silahı təhvil verməyə başlayacaq.
Qeyd edilir ki, bu gün bütün diqqətlər Şimali İraqda bir qrup PKK-çıların silahlarını təhvil verəcəyi məqama yönəlib.
Bildirilir ki, tarixi addım cümə günü Süleymaniyyədə gizli yerdə atılacaq. 20-30 nəfərlik PKK-çı qrup silahları təhvil verəcək və gəldikləri bölgəni silahsız tərk edəcəklər. Onlarla birlikdə PKK və Kürdüstan İcmalar İttifaqı rəhbərliyindəki şəxslər də qruplaşma ilə silahı yerə qoyacaqlar.
