AB Qəzzadakı vəziyyətə görə İsraillə assosiasiya sazişini dayandırmağı düşünür.
Avropa.info xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
“Avropa xarici fəaliyyət xidməti tərəfindən hazırlanan sənəd layihəsinə əsasən, digər məsələlərlə yanaşı, AB ilə İsrail arasında ticarət-iqtisadi əməkdaşlığı tənzimləyən sazişin tam ləğvinə qədər olan tədbirlər də müzakirə edilir. Təklif edilən variantlar arasında sazişin qismən dayandırılması, xüsusən də Baş nazir Benyamin Netanyahu hökuməti ilə siyasi dialoqun dayandırılması da var, lakin bunu AB-nin bütün 27 üzv dövlətinin yekdilliklə təsdiqlənməsi tələb olunur”, – məlumatda deyilib.