Rusiya Müdafiə Nazirliyi, Ukraynanın paytaxtı Kiyevin hərbi müdafiə zonasında yerləşən müəssisələrə və hərbi hava limanı infrastrukturuna uzaq mənzilli yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirdiklərini açıqlayıb.
Avropa.info xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya ordusunun Ukraynaya qarşı hərəkətləri ilə bağlı məlumat paylaşılıb.
Rusiya ordusunun Ukraynadakı hərbi ünsürlərə qarşı hücumlarını davam etdirdiyi bildirilən bəyanatda bu ifadələr yer alıb.
“Rusiya Silahlı Qüvvələri Kiyevdəki hərbi müdafiə zonasında fəaliyyət göstərən Ukrayna müəssisələrinə və hərbi hava limanının infrastrukturuna uzun mənzilli, yüksək dəqiqlikli silahlar və PUA-lardan istifadə etməklə qrup hücumu həyata keçirib. Hücum hədəfinə çatıb və təyin olunmuş elementlər vurulub”.
Rusiya Müdafiə Nazirliyi dünən uzun mənzilli, yüksək dəqiqlikli silahlar və PUA-larla Ukraynanın hərbi hava limanının infrastrukturuna hücuma keçdiklərini bildirib.