08 - 11 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Məğlub olduq, amma… – Öcalan nə dedi, Ərdoğan nə deyəcək?

İyul 10, 2025
Manşet, Redaktorun Seçimi, Siyasət
A A

Türkiyənin on minlərlə insanının həyatına son qoyan, trilyonlarla iqtisadi itkilərə səbəb olan, siyasi gücünün hesabagəlməz itkisi ilə nəticələnən 47 illik silahlı qarşıdurmanın sona çatmasının simvolu olaraq PKK iyulun 11-də İraqın Süleymaniyyə şəhəri yaxınlığında keçiriləcək mərasimlə tərkisilah prosesinə başlayacaq. Avropa.info-nun məlumatına görə, hadisə özü-özlüyündə yaxın Türk tarixinin ən mühüm dönüş nöqtələrindən biri hesab edilir.

1978-ci ildə terror təşkilatı quran Abdullah Öcalanın 9 iyulda tərkisilah mərasiminə cəmi 5 gün qalmış 6 şahidin müşayiəti ilə hazırkı PKK liderlərinə göndərdiyi videomüraciətdə nə dediyini anlamaq Yaxın Şərqdəki proseslərin gələcəyi üçün də mühüm əhəmiyyət kəsb edir.

Hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelikin mərasimdən bir gün sonra, yəni iyulun 12-də prezident Rəcəb Tayyib Ərdoğanın xalqa müraciət edəcəyini söyləməsi prosesə əlavə rəng qatır.

 Məğlub olduq, amma…

Öcalanın PKK-nın Qəndil, Suriya, İraq, İran və Avropa qollarına ünvanladığı video müraciətin məğzini bir neçə başlıqla izah etmək mümkündür.

Əvvəla, Öcalan 1980-ci illərdə açıqladığı 50 illik “Kürdüstan İnqilabının Yolu” manifestinin artıq qüvvədən düşdüyünü bildirir. Bu, PKK-nın qurucu məqsədi olan Türkiyə, İran, İraq və Suriya torpaqlarından silah gücünə müstəqil “dövlət” qurma məqsədinin artıq qüvvədən düşdüyü bəyanıdır. Öcalan bunun əvəzinə sülh və demokratik cəmiyyət manifesti dərc edəcəyini deyir.

Bununla da PKK lideri 50 il öncə qurduğu və 40 mindən çox mülki vətəndaşın ölümünə səbəb olmuş terror təşkilatının yalnız müharibə strategiyasından da əl çəkdiyini deyil, bütövlükdə varlığını dayandırdığını bildirir. PKK lideri bildirir ki, “keçmişdə kürdlərin varlığının inkarı artıq bitdiyi üçün, təşkilatın mövcudluğu da anlamsızdır”. Əslində, Öcalan bu arqumenti ilə PKK üzvləri arasında mövqeyini gücləndirməyə çalışır. Yəni, “biz məğlub olduq, amma ən azından kürdlərin varlığının tanınmasına nail olduq” deyir.

PKK lideri tərəfdarlarından “Əvvəlcə Apo azad edilməlidir” kimi tələblər irəli sürməməsini xahiş edir. Öz azadlığının önəmli olmadığını vurğulayaraq, o, özünü faktiki olaraq siyasətdən kənar lider kimi müəyyənləşdirir. Hazırda 74 yaşlı Öcalanın Mərmərə dənizindəki İmralı adasında təhlükəsizlik mühitini tərk etmək istəmədiyi haqda iddialar da mövcuddur.

Öcalan daha öncəki 27 fevral mesajında ​​söylədiyi “Soyuq müharibə dövründə gözümüzü Moskvaya dikmişdik” ifadəsini video müracətində yenə də xatırladır. Lakin hazırkı mərhələdə PKK-nın, xüsusən də Suriyada mövcudluğunun ABŞ-ın siyasi, maliyyə və hərbi dəstəyinə əsaslandığı faktı unudulmamalıdır.

Təbii ki, Türkiyənin ayağına klid olmuş 50 illik bir problemi öz daxilində həll etməsindən narahat olan ölkələr var. Regionda İsrail və İranı, Avropada isə PKK lobbisinin güclü olduğu Almaniya, Yunanıstan və Belçikanın adını çəkə bilərik. Öcalanın regional şərtləri nə qədər görüb təhlil etdiyini qiymətləndirmək çətindir. Bununla yanaşı, tərkisilah çağırışı da yeni dönəmin başlanğıcı sayıla bilər.

Əsas diqqətlər isə prezident Ərdoğanın iyulun 12-də xalqa edəcəyi müraciətə yönəlib.

Müəllif: Şirvani Hümmətoğlu /Avropa.info/

Əvvəlki Yazı

Atəşkəsdən sonra yeni gərginlik SİQNALI: Çin İranı silahlandırır – ABŞ və İsrailin cavabı nə olacaq?

Növbəti Yazı

Əbu-Dabidə sülh ssenarisi: Politoloq Elxan Şahinoğlu Qafqazda yeni siyasi reallıq haqda

XƏBƏR LENTİ

“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

08 Noyabr 2025 / 10:02
3
“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

08 Noyabr 2025 / 9:55
34
Şuşanın azad olunmasından beş il ötür

Şuşanın azad olunmasından beş il ötür

08 Noyabr 2025 / 0:06
1
Azərbaycan Zəfər Gününü qeyd edir

Azərbaycan Zəfər Gününü qeyd edir

08 Noyabr 2025 / 0:03
1
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:21
26
Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:14
27
Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

07 Noyabr 2025 / 19:09
32
Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

07 Noyabr 2025 / 16:52
23
“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

07 Noyabr 2025 / 14:07
11
“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

07 Noyabr 2025 / 14:06
7
“Nar”a yeni baş icraçı direktor təyin olundu

“Nar”a yeni baş icraçı direktor təyin olundu

07 Noyabr 2025 / 14:04
37
“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

07 Noyabr 2025 / 14:01
10
Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

07 Noyabr 2025 / 13:53
13
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

07 Noyabr 2025 / 13:51
8
Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

07 Noyabr 2025 / 13:48
12
Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

07 Noyabr 2025 / 13:45
11
Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

07 Noyabr 2025 / 13:43
10
Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

07 Noyabr 2025 / 13:40
9
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

07 Noyabr 2025 / 13:34
7
Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

07 Noyabr 2025 / 13:31
14
“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

07 Noyabr 2025 / 13:29
9
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

07 Noyabr 2025 / 13:26
14
“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

07 Noyabr 2025 / 13:21
12
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

07 Noyabr 2025 / 13:19
15
“Nar”ın rəhbərliyində dəyişiklik olub

“Nar”ın rəhbərliyində dəyişiklik olub

07 Noyabr 2025 / 13:15
12
“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

07 Noyabr 2025 / 13:12
13
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

07 Noyabr 2025 / 13:07
15
Milli Qürur – Qələbə Bayramı adlı tədbir keçirilib

Milli Qürur – Qələbə Bayramı adlı tədbir keçirilib

06 Noyabr 2025 / 17:22
23
Respublika Gənclər Kitabxanasında “Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron baza istifadəçilərə təqdim edilib

Respublika Gənclər Kitabxanasında “Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron baza istifadəçilərə təqdim edilib

04 Noyabr 2025 / 20:57
10
Respublika Uşaq Kitabxanasında master-klass keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında master-klass keçirilib-Fotolar

01 Noyabr 2025 / 16:24
23
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.