Axtarışlar nəticəsində saxlanılan Daşnaksütyun üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb.
Avropa.info xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Kristin Vardanyan Feysbuk səhifəsində yazıb.
O bildirib ki, Daşnaksütyun üzvləri və “Ermənistan” fraksiyasının deputatları da oraya gedirlər.
Qeyd edək ki, daha əvvəl hüquq-mühafizə orqanları səhər tezdən Daşnaksütyun üzvlərinin evlərində axtarış aparıb. Axtarış Daşnaksütyunun üzvü, Ermənistan fraksiyasının deputatı Geqam Manukyanın, Daşnaksütyunun ali orqanının aparat rəhbəri Vaaqn Matinyan və Daşnaksütyun Gənclər Birliyinin mərkəzi idarə heyətinin sədri Gevorq Muradyanın evlərində olub. Daşnaksütyun İrəvan Şəhər Komitəsinin üzvü Arsen Martoyan da saxlanılıb.