09 - 02 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Atəşkəsdən sonra yeni gərginlik SİQNALI: Çin İranı silahlandırır – ABŞ və İsrailin cavabı nə olacaq?

İyul 10, 2025
Dünya, Manşet
A A

İran İsraillə 12 günlük son münaqişə zamanı məhv edilmiş müdafiə sistemlərini sürətlə bərpa etməyə çalışdığı bir vaxtda Çin istehsalı olan zenit-raket komplekslərini (ZRK) almağa başlayıb.

Avropa.info bildirir ki, bu barədə “Middle East Eye” (MEE) saytına mənbələr məlumat verib.

Bir ərəb rəsmisinin MEE-yə verdiyi məlumata görə, Çin istehsalı olan bu zenit-raket komplekslərinin İrana göndərilməsi Tehranla Təl-Əviv arasında 24 iyunda əldə olunan de-fakto atəşkəsdən sonra baş verib.

Digər ərəb rəsmisi isə anonim qalmaq şərti ilə bildirib ki, ABŞ-ın ərəb müttəfiqləri Tehranın hava hücumundan müdafiə sistemlərini “təhlükəsizləşdirmək və gücləndirmək” istiqamətindəki səylərindən xəbərdardır və Ağ Ev İranın bu sahədə əldə etdiyi irəliləyiş barədə məlumatlandırılıb.

Rəsmilər İrana çatdırılan ZRK-ların sayı barədə dəqiq bilgi verməyib. Lakin onlardan biri bildirib ki, İran bu sistemlərin əvəzini neft tədarükü ilə ödəyir.

Çin İrandan neft idxal edən ən böyük ölkədir və ABŞ Enerji Məlumat İdarəsinin (EIA) may ayında yaydığı hesabatda bildirilir ki, İranın xam neft və kondensat ixracatının təxminən 90 faizi Çinə yönəlir.

Çin illərdir ABŞ-ın sanksiyalarına baxmayaraq İrandan rekord miqdarda neft idxal edir. Bu məqsədlə Malayziya kimi ölkələrdən keçid məntəqəsi kimi istifadə olunur ki, neftin mənşəyi gizli saxlanılsın.

“İranlılar ticarətdə yaradıcı üsullardan istifadə edir”, – deyə ikinci ərəb rəsmisi MEE-yə bildirib.

Bazar ertəsi İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampla baş tutacaq görüşündə İran və onun nüvə proqramı ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir.

Bu ZRK-ların İrana göndərilməsi Pekin və Tehran arasında münasibətlərin dərinləşməsinin göstəricisidir. Bu, eyni zamanda, Qərbdə bəzilərinin son İsrail hücumları zamanı Çin və Rusiyanın İrandan məsafə saxladıqları haqda söylədikləri fikirlərlə ziddiyyət təşkil edir.

Son qarşıdurma zamanı İsrail İran üzərində hava üstünlüyü əldə edib, ballistik raket buraxılış meydançalarını məhv edib və İranın bir sıra generallarını və alimlərini hədəfə alaraq öldürüb.

Buna baxmayaraq, İran hökuməti hücumlara tab gətirə bilib və İsrailə qarşı ballistik raket atışlarını davam etdirərək, Təl-Əviv və Hayfada bir neçə həssas obyekti məhv edib. Bu, atəşkəs əldə olunana qədər davam edib.

1980-ci illərin sonlarında, İran-İraq müharibəsi zamanı İran Çin istehsalı olan HY-2 “Silkworm” qanadlı raketlərini Şimali Koreya vasitəsilə əldə etmişdi.

İran bu raketlərdən Küveyti və ABŞ bayrağı altında üzən bir neft tankerini hədəfə almaq üçün istifadə etmişdi. Bu, “tanker müharibələri” kimi tanınan dövrə təsadüf edir. 2010-cu ildə isə Çin İrana HQ-9 zenit-raket kompleksləri verdiyi haqda məlumatlar yayılmışdı.

Hazırda İranın həm Rusiya istehsalı olan S-300 sistemlərindən, həm də köhnə Çin istehsalı və yerli istehsal olan sistemlərdən – məsələn, “Xordad” seriyası və “Bavar-373” – istifadə etdiyi güman edilir.

Bu sistemlərin, İsrailin istismar etdiyi ABŞ istehsalı F-35 “stealth” qırıcı təyyarələrini vurmaq qabiliyyətinin məhdud olduğu ehtimal edilir.

Çin artıq HQ-9 və HQ-16 hava hücumundan müdafiə sistemlərini Pakistana satır. Eyni zamanda, bəzi məlumatlara görə, Misir də HQ-9 sisteminə malikdir.

Əvvəlki Yazı

DTX-dən ƏMƏLİYYAT – “Vaqner”də döyüşmüş iki azərbaycanlı həbs edildi

Növbəti Yazı

Məğlub olduq, amma… – Öcalan nə dedi, Ərdoğan nə deyəcək?

XƏBƏR LENTİ

“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb

“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb

09 Fevral 2026 / 17:27
4
Azərbaycan və Qaraqalpaq teatrları arasında əməkdaşlıq memorandumu imzalandı – FOTOLAR

Azərbaycan və Qaraqalpaq teatrları arasında əməkdaşlıq memorandumu imzalandı – FOTOLAR

09 Fevral 2026 / 13:27
3
Bakı və Sumqayıtda dilimizin qorunmasına yönəlmiş yeni layihəyə start verildi

Bakı və Sumqayıtda dilimizin qorunmasına yönəlmiş yeni layihəyə start verildi

09 Fevral 2026 / 12:57
7
“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

07 Fevral 2026 / 13:02
55
Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

06 Fevral 2026 / 15:53
143
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

06 Fevral 2026 / 11:46
5
Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

05 Fevral 2026 / 23:04
95
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

03 Fevral 2026 / 14:06
8
Respublika Uşaq Kitabxanasında  “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

02 Fevral 2026 / 20:20
95
“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

01 Fevral 2026 / 17:04
18
Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

01 Fevral 2026 / 16:54
32
Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

30 Yanvar 2026 / 18:44
7
Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

30 Yanvar 2026 / 18:26
6
İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

30 Yanvar 2026 / 18:23
7
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

30 Yanvar 2026 / 17:46
11
Prezident səfiri geri çağırdı – FOTO

Prezident sərəncam imzaladı – Bu gənclər mükafatlandırıldı – ADLAR

30 Yanvar 2026 / 16:29
6
Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqləndi

30 Yanvar 2026 / 16:26
3
“Qarabağ”ın rəqibi müəyyənləşdi

“Qarabağ”ın rəqibi müəyyənləşdi

30 Yanvar 2026 / 15:25
3
Onlara pulsuz mənzil veriləcək – Sadəcə bu sənədlər lazımdır

Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

30 Yanvar 2026 / 15:12
6
“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30 Yanvar 2026 / 14:16
4
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30 Yanvar 2026 / 14:04
6
Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

30 Yanvar 2026 / 12:55
3
Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

30 Yanvar 2026 / 11:58
5
Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

28 Yanvar 2026 / 14:51
39
Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

27 Yanvar 2026 / 19:31
9
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

27 Yanvar 2026 / 19:21
6
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

26 Yanvar 2026 / 17:39
4
“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

24 Yanvar 2026 / 14:17
49
“Qanla Yazılan Tarix: 20 Yanvar”

“Qanla Yazılan Tarix: 20 Yanvar”

17 Yanvar 2026 / 20:51
43
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16 Yanvar 2026 / 19:11
9
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.