SOCAR-ın layihə rəhbəri Rüfət İsmayilovun, qardaşı 1994-cü il təvəllüdlü Nicat İsmayilov Mərkəzi Gömrük Hospitalında vəfat edib.
Bu haqda Avropa.info-ya mərhumun yaxınları məlumat verib. Məlumata görə, iyunun 27-də Mərkəzi Gömrük Hospitalında həkim Dr. Mircəlal Kazımlı tərəfindən Nicat İsmayilova böyrək transplantasiya əməliyyatı həyata keçirilib.
Əməliyyatın üzərindən 7 gün keçdikdən sonra daxili qanaxma səbəbindən xəstə yenidən əməliyyat olunub. Mərhumun yaxınlarının verdiyi məlumata görə, beyin kötüyündə (Hipoksiya ) sinirlərin zədələnməsi nəticəsində Nicat İsmayilov əməliyyatdan sonra dörd gün komada qalıb. İkinci Qarabağ müharibəsi qazisi olan Nicat İsmayilovun yaxınları onun ölümünə görə, əməliyyatı həyata keçirən həkim Dr. Mircəlal Kazımlını və adı keçən xəstəxananı səhlankarlıqda ittiham edirlər.
Avropa.info Mərkəzi Gömrük Hospitalı və Dr. Mircəlal Kazımlının mövqeyini dərc etməyə hazırdır.