F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən hazırlanmış “Rəqəmsal dövrdə uşaq və yeniyetmələr: Zərərli vərdişlər və çıxış yolları” adlı maarifləndirici videoslayd oxuculara virtual formatda təqdim olunub.
Bu barədə Avropa.info-ya kitabxanadan məlumat verilib.
Rəqəmsal texnologiyaların gündəlik həyata sürətlə daxil olması, xüsusilə də uşaq və yeniyetmələr arasında texnoloji asılılıq informasiya tələbatı və sosial mediaya meyil kimi yeni çağırışlar yaratmaqdadır. Bu çağırışlara cavab olaraq hazırlanan videoslayd gənc nəslin sağlam inkişafını dəstəkləmək məqsədi daşıyır.
Slayd materialı təkcə informativ deyil, həm də resursyönümlüdür. Burada mövzu ilə bağlı 13 adda kitabın annotasiyası, həmçinin dövri mətbuatda dərc olunmuş maarifləndirici məqalələrin biblioqrafik təsvirləri təqdim olunub. Bu materiallar həm uşaqların, həm də valideyn və müəllimlərin mövzuya dair maariflənməsinə yardım məqsədi daşıyır.
Əsas məqsəd — uşaq və yeniyetmələrin sosial-psixoloji rifahını gücləndirmək, onları müasir texnoloji mühitin riskləri barədə məlumatlandırmaq və zərərli vərdişlərə qarşı mübarizədə maarifləndirici dəstək verməkdir.
F. Köçərli adına Respublika Uşaq Kitabxanası gənc oxucuların sağlam düşüncəli, balanslı və məlumatlı fərdlər kimi formalaşması istiqamətində maarifləndirmə işlərini davam etdirir.
Aşağıdakı link vaitəsilə videoslaydla tanış ola bilərsiniz:
https://www.youtube.com/watch?v=5aZIjauwj9E oh