ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtlərini qəbul etdiyini açıqlayıb.
Avropa.info xəbər verir ki, Tramp Truth Social platformasındakı paylaşımında bildirib ki, onun nümayəndələri İsrail rəsmiləri ilə “uzun və məhsuldar” görüş keçiriblər.
Qəzzada atəşkəsin əldə edilməsi üçün göstərilən səylərə toxunan Tramp, “İsrail 60 günlük atəşkəsin bağlanması üçün lazımi şərtləri qəbul etdi. Bu müddət ərzində bütün tərəflərlə birlikdə müharibəni bitirmək üçün çalışacağıq” dedi.
Tramp qeyd edib ki , atəşkəs danışıqlarında vasitəçilik edən Qətər və Misir Həmas-a “son təklif” verəcək.
Prezident Trump , “Ümid edirəm ki, Yaxın Şərqin xeyrinə Həmas bu razılaşmanı qəbul edər. Çünki bu, yaxşılaşmayacaq, daha da pisləşəcək” dedi .
Tramp bundan əvvəl gələn həftə Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcəyini və Qəzza və İranı müzakirə edəcəklərini bildirmişdi .