Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Azərbaycana gəlib.
Avropa.info xəbər verir ki, hava limanında Ersin Tatarı xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer qarşılayıb.
Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşklatına (İƏT) üzv ölkələrin Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşündə iştirak edəcək.