Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib.
Avropa.info “Report”un Qarabağ Bürosuna istinadən xəbər verir ki, mərhumların cənazəsi səhər saatlarında Ağcabədi şəhəri Xəlfələddin küçəsində yaşayan qardaşının evinə gətirili
Vida mərasimindən sonra mərhumlar valideynlərinin də dəfn edildiyi Hacıbədəlli kənd qəbristanlığında torpağa tapşırılacaqlar.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb.