30 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Tələbələrin sosiallaşma problemlərinə həsr olunan tədbir keçirilib

İyul 1, 2025
Cəmiyyət
A A

“Demokratiyanın İnkişafı Problemləri Mərkəzi” İctimai Birliyi icra etdiyi “Tələbələrin sosiallaşması problemlərinin araşdırılması: mövcud reallıqlar və problemlər” adlı layihə çərçivəsində tədbir təşkil edib.

Avropa.info bildirir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.

“Demokratiyanın İnkişafı Problemləri Mərkəzi” İctimai Birliyinin sədri və layihənin rəhbəri Mütəllim Rəhimov tədbiri açaraq layihənin məqsədi barədə məlumat verib. Onun bildirdiyinə görə, layihənin məqsədi universitetlərdə təhsil alan tələbələrin sosiallaşmasına təsir edən problemləri aşkarlamaq və onların cəmiyyətə inteqrasiyasına dəstək verməkdir. M.Rəhimov deyib ki, ölkəmizin iqtisadiyyatında, siyasətində və vətəndaşlarının sosial həyatında baş verən əsaslı dəyişikliklərlə əlaqədar olaraq tələbələrin sosiallaşması məsələsi getdikcə aktuallaşır. Çünki şəxsiyyət açıq, dəyişən bir sistemdir.
İctimai Birliyin sədri qeyd edib ki, tələbələrin sosiallaşması xüsusi əhəmiyyət kəsb edir, çünki müasir insan sosial təzyiqə uyğunlaşmağa, daxili və xarici dəyərləri balanslaşdırmağa çalışır.

Layihənin eksperti, dosent Günay Hüseyn çıxış edərək bildirib ki, tələbələr Azərbaycan gənclərinin əhəmiyyətli bir alt qrupunu təmsil edir. Azərbaycan tələbə-gənclərinin sosiallaşma trayektoriyaları daim dəyişikliklərə məruz qalır. Bu trayektoriyalar azərbaycanlıların tarixi, sosial və milli köklərinin ifadəsi kimi daxili birlik potensialını saxlamaqla yanaşı, yeni xüsusiyyətlər qazanır.

Ekspert çıxışı zamanı diqqəti tələbə adını qazanmış gəncin şəxsi inkişafında univerisitetin etibarlı dayağa çevrilməli olduğuna yönəldib. O deyib ki, burada tələbə mədəniyyətlə digər fərdlərin kollektiv təcrübəsi kimi tanış olur və bir fərd kimi özünü öyrənir. Universitet tələbənin özünü həyata hazırlaması üçün mənalar və şəxsi inkişaf yollarının axtarışı sahəsinə çevrilir. Ali təhsilin dəyişdirici gücü ondan ibarətdir ki, universitet tələbəyə onun özü və ətrafındakı dünya haqqında təsəvvürünü dəyişdirən biliklər verir. Amma tələbə maraqlanmalı, seçdiyi təhsil sahəsində öyrənməyə cəlb edilməli, universitetdə təhsil almağı dəyərli təhsil təcrübəsi kimi qəbul etməlidir. Əks halda, şəxsi transformasiya baş verə bilməz.

“Aparılan araşdırma və edilən təhlil nəticəsində Azərbaycan universitetlərində tələbələrin sosiallaşmasının zəif tərəfləri göstərilir. Bununla bağlı müvafiq tövsiyyə və təkliflər hazırlanmaqdadır” – ekspert G.Hüseyn çıxışı zamanı qeyd edib.

“İqtisadiyyat” kafedrasının müdiri, dosent Vüsalə Nağıyeva təhsilin tələbəyə qazandırdığı bacarıq və dəyərlərdən bəhs edib. O deyib ki, müasir informasiya texnologiyalarından istifadə bacarıqları kimi biliklərə malik olmaq hələ tələbələrin doğru-düzgün sosiallaşması demək deyil.

“Biznes və Menecment” kafedrasının müdiri, dosent Mətanət Qurbanova isə qeyd edib ki, əgər əvvəllər təhsil almayanları sosiallaşma prosesində gərginlik və çətinlik yaşayan kimi xarakterizə etmək mümkün idisə, indi ali təhsilli şəxslərin sosiallaşması və ya asosiallığı haqqında fikir irəli sürmək mümkündür.

“Humanitar fənlər və regionşünaslıq” kafedrasının müəllimi Rəşad Əbilzadə, sosioloq Nəzrin Bayramzadə, psixoloq Yaqut Ağasıyeva sosiallaşmanın ali təhsilə gətirə biləcəyi kəmiyyət və keyfiyyət dəyişkənlikləri, üstünlükləri, prosesə qoşulmamağın doğuracağı acı nəticələr və s. haqqında danışıblar.Daha sonra müzakirələr davam edib və tələbələr də müzakirə olunan məsələ ilə bağlı öz fikirlərini açıqlayıblar.



Əvvəlki Yazı

QHT “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda tədbir keçirdi

Növbəti Yazı

Zelenski Səfərov qardaşlarının qətlinə görə Prezidentə başsağlığı verdi

XƏBƏR LENTİ

Rusiya zəlzələ və sunami ilə üzləşmiş Kamçatka bölgəsində “yüksək hazırlıq vəziyyəti” elan edib.

Rusiya zəlzələ və sunami ilə üzləşmiş Kamçatka bölgəsində “yüksək hazırlıq vəziyyəti” elan edib.

30 İyul 2025 / 16:47
20
Respublika Gənclər Kitabxanasında “İnsan alverinə səssiz qalma!” adlı material hazırlanıb

Respublika Gənclər Kitabxanasında “İnsan alverinə səssiz qalma!” adlı material hazırlanıb

30 İyul 2025 / 12:30
30
Sabirabadda 21 yaşlı oğlan yeniyetmə qızı öldürüb, Kürə atdı

Mingəçevirdə sərxoş kişi Kür çayında boğularaq ölüb

30 İyul 2025 / 10:19
3
Ankarada FETÖ əməliyyatı: 6 nəfər saxlanılıb

Ankarada FETÖ əməliyyatı: 6 nəfər saxlanılıb

30 İyul 2025 / 10:02
14
Rubio: Tramp Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyişin olmamasından məyus olub

“Bu cür emosional açıqlamalar əvvəllər də səslənib”-Sergey Qrabski

30 İyul 2025 / 9:26
25
8,8 bal gücündə zəlzələdən sonra Severo-Kurilsk şəhərinin bir hissəsi su altında qalıb

8,8 bal gücündə zəlzələdən sonra Severo-Kurilsk şəhərinin bir hissəsi su altında qalıb

30 İyul 2025 / 9:20
56
Toya nişanlısı ilə gələn gənc döyüldü

Şəkidə qətl hadisəsi baş verib

30 İyul 2025 / 8:51
55
Daha bir köç karvanı Cəbrayıl rayonuna yola salindi -Fotolar

Daha bir köç karvanı Cəbrayıl rayonuna yola salindi -Fotolar

30 İyul 2025 / 8:45
25
Prezident Ərdoğan: Qəzzalılar dünyanın gözü qarşısında öldürülür

Prezident Ərdoğan: Qəzzalılar dünyanın gözü qarşısında öldürülür

30 İyul 2025 / 8:37
34
Rusiyanın şərqində 8,8 bal gücündə zəlzələ baş verib

Rusiyanın şərqində 8,8 bal gücündə zəlzələ baş verib

30 İyul 2025 / 8:31
56
Yaponiyanın Sakit okean sahillərində hündürlüyü 3 metrə çatan sunami xəbərdarlığı edilib

Yaponiyanın Sakit okean sahillərində hündürlüyü 3 metrə çatan sunami xəbərdarlığı edilib

30 İyul 2025 / 8:27
39
Əlilliyi olan uşaq və gənclərin parataekvondo yarışı keçirildi – FOTOLAR

Əlilliyi olan uşaq və gənclərin parataekvondo yarışı keçirildi – FOTOLAR

29 İyul 2025 / 23:41
7
Azərbaycanlı idmançının böyük UĞURU: Həmyerlimiz İstanbulda qızıl medal qazandı – FOTOLAR

Azərbaycanlı idmançının böyük UĞURU: Həmyerlimiz İstanbulda qızıl medal qazandı – FOTOLAR

29 İyul 2025 / 23:29
56
“Zəngəzur dəhlizi məsələsi tarixi-siyasi kontekstdə” kitabının təqdimat mərasimi keçirilib – FOTOLAR

“Zəngəzur dəhlizi məsələsi tarixi-siyasi kontekstdə” kitabının təqdimat mərasimi keçirilib – FOTOLAR

29 İyul 2025 / 12:28
5
Qəzza xəstəxanalarında aclıq hökm sürür: Tibb bacıları huşunu itirirlər

Qəzza xəstəxanalarında aclıq hökm sürür: Tibb bacıları huşunu itirirlər

29 İyul 2025 / 9:48
34
Novxanı çimərliyində faciə-iki nəfər boğularaq ölüb

Xaçmazda bir nəfər dənizdə bataraq ölub

29 İyul 2025 / 9:36
45
Cəbrayıl rayonuna növbəti köç karvanı yola salındı

Daha bir köç karvanı Ağdamın Xıdırlı kəndinə yola salindi

29 İyul 2025 / 9:33
34
Həkimlər xəbərdarlıq edir: ChatGPT psixoz riski yaradır

Həkimlər xəbərdarlıq edir: ChatGPT psixoz riski yaradır

29 İyul 2025 / 9:29
29
 İsrail ordusu İordan çayının qərb sahilindəki Nablus şəhərində iki xəstəxananı mühasirəyə alıb

İsrailin Qəzzaya hücumları nəticəsində 89 fələstinli həlak olub

29 İyul 2025 / 9:26
35
Bu tüklü heyvan şizofreniya müalicəsinin açarını saxlaya bilər

Bu tüklü heyvan şizofreniya müalicəsinin açarını saxlaya bilər

29 İyul 2025 / 9:22
28
Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar YAYILDI

Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar YAYILDI

28 İyul 2025 / 20:36
3
Mark Avreli heykəli 65 ildən sonra vətəni Türkiyəyə qaytarıldı – FOTO

Mark Avreli heykəli 65 ildən sonra vətəni Türkiyəyə qaytarıldı – FOTO

28 İyul 2025 / 20:33
3
Lerikdə insan alverinə qarşı maarifləndirici tədbir keçirildi

Lerikdə insan alverinə qarşı maarifləndirici tədbir keçirildi

28 İyul 2025 / 20:28
10
Naxçıvanda polis işçisi vəfat edib

Naxçıvanda polis işçisi vəfat edib

28 İyul 2025 / 16:05
28
Respublika Gənclər Kitabxanasında “Oxu, öyrən, qazan” adlı layihə -Fotolar

Respublika Gənclər Kitabxanasında “Oxu, öyrən, qazan” adlı layihə -Fotolar

28 İyul 2025 / 15:52
55
Suriya Xalq Məclisində yerlərin sayı 210-a çatdırılacaq

Suriya Xalq Məclisində yerlərin sayı 210-a çatdırılacaq

28 İyul 2025 / 9:58
24
Böyük Britaniya Nazirlər Kabineti Qəzza ilə bağlı təcili iclas keçirəcək

Böyük Britaniya Nazirlər Kabineti Qəzza ilə bağlı təcili iclas keçirəcək

28 İyul 2025 / 9:54
28
Novxanı çimərliyində faciə-iki nəfər boğularaq ölüb

Novxanı çimərliyində faciə-iki nəfər boğularaq ölüb

28 İyul 2025 / 9:46
33
Bakıda kişi məsciddə yatdığı yerdə öldürüldü – Foto

Bakıda kişi məsciddə yatdığı yerdə öldürüldü – Foto

28 İyul 2025 / 9:41
24
ABŞ və Aİ arasında ticarət sazişi qlobal bazarlarda üstünlük təşkil edir

ABŞ və Aİ arasında ticarət sazişi qlobal bazarlarda üstünlük təşkil edir

28 İyul 2025 / 9:33
27
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.