31 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Putinin əli azərbaycanlıların qanına batıb – AzTV

İyun 30, 2025
Cəmiyyət
A A

Azərbaycan Dövlət Televiziyası (AzTV) Rusiya Prezidenti Vladimir Putini, Moskvanın azərbaycanlılara qarşı yönələn siyasətini sərt tənqid edib.

Avropa.info xəbər verir ki, bu barədə AzTV-nin sədri Rövşən Məmmədovun müəllifi olduğu “Həftə” analitik-informasiya proqramında danışılıb.

O, məsələnin şərhinə Prezident İlham Əliyevdən sitat gətirməklə başlayıb:

“Doğurdan da 44 günlük Vətən müharibəsində qazanılan qələbə Prezident İlham Əliyevin dediyi kimi çox böyük layları yerindən tərpətdi. Laylar yerindən tərpənəndə də hər kəsin əsil siması üzə çıxır – elə region ölkələlərinin də… O cümlədən də Rusiyanın…

Nə olub, cənab Putin? Azərbaycanın regionda güclü bir dövlətə çevrilməyi, son 200 ildə ilk dəfə olaraq torpaq verməyib, öz gücü ilə torpaq alıb suverenliyini və ərazi bütövlyünü bərpa etməsi, milli maraqlarını qoruması, prinsipial siyasət ortaya qoyması, Prezident İlham Əliyevin qlobal arenada liderliyinin qəbulu və ən müxtəlif beynəlxalq kürsülərdən etirafı sizi beləmi narahat edir? Başa düşürük, siz axı öyrəşmisiniz böyük Rusiyanın zorla öz ərasizinə daxil etdiyi xalqlar üzərində hökmranlığına…

İstər Çar Rusiyası dövründə olsun, istərsə də İttifaq dönəmində ali irq rus xalqı idi, azərbaycanlılar, özbəklər, qazaxlar, qırğızlar, türkmənlər və digər millətlərin nümayəndələri hər zaman ikinci dərəcəli xalq kimi qəbul olunub və bu gün hər iki imperiya tarixin zibilliyinə atılsa da düşüncə dəyişməyib, ənənə davam edir. Bir zamanlar Stalin başını qaldırıb azadlıq tələb edəni NKVD-nin əli ilə yox edirdi, bu gün isə Putin haqqını tələb edəni OMON-nun əli ilə yox edir. Necə deyərlər, davam edir 37, daha kəskin, daha ciddi…

Amma görəsən rəsmi Kreml və konkret Rusiya Prezidenti Vladimir Putin anlayırmı ki, artıq 37-ci il deyil, 2025-ci ildir və bir zamanlar İttifaqın tərkibində olan dövlətlər də 30 ildən çoxdur ki, müstəqildirlər. Anlayırmı ki, tarixdə heç nə unudulmur? Nə Stalin dövrünün repressiyası, hansı ki, Azərbaycan xalqının düşünən başları kəsildi, nə “20 Yanvar” hadisəsi, nə “Xocalı soyqırmı”, nə Azərbaycan torpaqlarının işğalı və 30 il bu torpaqların işğal altında qalması – hansı ki, üzdə Ermənistanın, altda isə birbaşa Rusiyanın əli ilə bu xalqa yaşadıldı. Bəli, məhz Rusiyanın… 30 illik dönəmdə öz əsəri olan Qarabağ probleminin həllinə imkan verməyən və bu illər ərzində də Azərbaycanın məhz Qarabağ damarını basmaqla biz min bir əziyyət verən, əsəblərimizlə, milli qürurumuzla oynayan Rusiya Qarabağ problemi həll olununca gücünü ölkəsində yaşayan azərbaycanlılara göstərir”.

R.Məmmədov daha sonra növbəti süjeti nümayiş etdirib və bildirib:

“Buyurun, baxın… OMON xüsusi təyinatlı dəstəsi Yekaterinburqda məhz azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirir, Səfərovlar ailəsinə edilən basqında dinc sakinlər vəhşicəsinə döyülərək öldürür, sağ qalanlar isə həbsxanaya salınır və bu vəhşilik azərbaycanlılara münasibətdə nə ilkdir, nə də son… Bu zorakılıqlar məhz Qarabağ zəfərindən sonra Rusiyanın azərbaycanlılara qarşı davam edən və daha da azğınlaşan şovinist siyasətinin, bir növ qisas əməliyyatının davamıdır. İndi də Rusiya tərəfi bildirir ki, hadisə araşdırılır. Nə araşdırılacaq? Ötən ilin dekabrında Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin məhz Rusiya səmasında raketlə vurulmasının səbəbləri araşdırıldımı? Hansı ki, 38 nəfər həlak oldu… Rusiya tərəfi faciədən ötən müddət ərzində bir dəfə də olsun açıq şəkildə rəsmən üzr istəməyi də bacarmadı, yaxud özünə sığışdırmadı. Eləcə də azərbaycanlı millət vəkili Moskva hava limanında saxlanılır və heç bir səbəb göstərilmədən ölkəyə girişinə icazə verilmir. Eləcə də çoxsaylı kiberhücumlar, hansı ki, birbaşa Rusiyadan gəlir, eləcə də Solovyov kimi ünsürlərin Azərbaycan xalqına ünvanladığı təhriqlər, hədələr… Özü də hansısa Yutub kanalında deyil, Rusiyanın dövlət kanalında…

Və bütün bunlar da azmış kimi, Rusiyanın teleqram kanalları da Azərbaycanın üzərinə hücuma keçir, İsrail-İran münaqişəsində ölkəmizin iştirakı barədə dezinformasiyalar yayır. Təsadüfdürmü? Əlbəttə ki, xeyr… Kampaniyadır. Və bu kampaniyanın da başında birbaşa rəsmi Kreml, birbaşa Rusiya prezidenti Vladimir Putin durur. Niyə əminliklə deyirik? Ona görə ki,

1. Azərbaycana qarşı hücumlar kütləvidir, sistemlidir və birbaşa rəsmi mənbələrin iştirakı ilə həyata keçirilir.

2. Bütün bu proseslərdə Rus Pravoslav kilsəsinin də iştirakı, nəyinki iştirakı birbaşa qızışdırıcı yer tutması, ideoloji təxribatları əsaslandırması, hüquq mühafizə orqanlarının vəhşiliyinə haqq qazandırması, 3. Baş vermiş hadisələrlə bağlı Rusiya tərəfinin ən azı qonşuluq prinsiplərinə uyğun Azərbaycanı məlumatlandırmaması, rəsmi açıqlama verməməsi… Hər bir halda bu gün Yekaterinburqda yaşananlar humanizmdən, sağlam əməkdaşlıqdan, dostluqdan dəm vuran Rusiya dövlətinin və rus xalqının faciəsidir. Baş verənlər Azərbaycan – Rusiya münasibətlərinə çox ciddi zərbədir. Yaşananlar regional təhlükəsizliyə və sabitliyə təhdiddir və nəyin nə üçün baş verdiyini gözəl anlayan Azərbaycan tərəfi də Rusiyaya konkret mesajlar göndərir ki, münasibətləri gərginləşdirmək heç bir tərəfin xeyrinə deyil”.

AzTV sədri həmçinin qeyd edib ki, Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb və məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə rəsmi Bakının gözləntilərini qarşı tərəfin diqqətinə çatdırılıb:

“Nəticəsi olacaqmı? Ümid edirik ki, olacaq… Lakin sonra da düşünürsən ki, Rusiya dili, dini eyni olan slavyan xalqına, konkret Ukraynaya nələr yaşatdı…”

AzTV-nin Vladimir Putinin adını çəkərək Kremlin siyasətini tənqid edən süjetlərini təqdim edirik:

Əvvəlki Yazı

Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə yola salinib -Fotolar

Növbəti Yazı

Antalyada meşə yanğını baş verib

XƏBƏR LENTİ

““Romantik tələ”yə düşməyin”: QHT Koalisiyasından müraciət

““Romantik tələ”yə düşməyin”: QHT Koalisiyasından müraciət

30 İyul 2025 / 18:26
20
Sənət və Əməkdaşlığın Bayramı: “Rənglərin sehri” sərgisi açıldı – FOTOLAR

Sənət və Əməkdaşlığın Bayramı: “Rənglərin sehri” sərgisi açıldı – FOTOLAR

30 İyul 2025 / 18:23
22
Rusiya zəlzələ və sunami ilə üzləşmiş Kamçatka bölgəsində “yüksək hazırlıq vəziyyəti” elan edib

Rusiya zəlzələ və sunami ilə üzləşmiş Kamçatka bölgəsində “yüksək hazırlıq vəziyyəti” elan edib

30 İyul 2025 / 16:47
20
Respublika Gənclər Kitabxanasında “İnsan alverinə səssiz qalma!” adlı material hazırlanıb

Respublika Gənclər Kitabxanasında “İnsan alverinə səssiz qalma!” adlı material hazırlanıb

30 İyul 2025 / 12:30
30
Sabirabadda 21 yaşlı oğlan yeniyetmə qızı öldürüb, Kürə atdı

Mingəçevirdə sərxoş kişi Kür çayında boğularaq ölüb

30 İyul 2025 / 10:19
3
Ankarada FETÖ əməliyyatı: 6 nəfər saxlanılıb

Ankarada FETÖ əməliyyatı: 6 nəfər saxlanılıb

30 İyul 2025 / 10:02
14
Rubio: Tramp Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyişin olmamasından məyus olub

“Bu cür emosional açıqlamalar əvvəllər də səslənib”-Sergey Qrabski

30 İyul 2025 / 9:26
25
8,8 bal gücündə zəlzələdən sonra Severo-Kurilsk şəhərinin bir hissəsi su altında qalıb

8,8 bal gücündə zəlzələdən sonra Severo-Kurilsk şəhərinin bir hissəsi su altında qalıb

30 İyul 2025 / 9:20
57
Toya nişanlısı ilə gələn gənc döyüldü

Şəkidə qətl hadisəsi baş verib

30 İyul 2025 / 8:51
56
Daha bir köç karvanı Cəbrayıl rayonuna yola salindi -Fotolar

Daha bir köç karvanı Cəbrayıl rayonuna yola salindi -Fotolar

30 İyul 2025 / 8:45
25
Prezident Ərdoğan: Qəzzalılar dünyanın gözü qarşısında öldürülür

Prezident Ərdoğan: Qəzzalılar dünyanın gözü qarşısında öldürülür

30 İyul 2025 / 8:37
34
Rusiyanın şərqində 8,8 bal gücündə zəlzələ baş verib

Rusiyanın şərqində 8,8 bal gücündə zəlzələ baş verib

30 İyul 2025 / 8:31
58
Yaponiyanın Sakit okean sahillərində hündürlüyü 3 metrə çatan sunami xəbərdarlığı edilib

Yaponiyanın Sakit okean sahillərində hündürlüyü 3 metrə çatan sunami xəbərdarlığı edilib

30 İyul 2025 / 8:27
39
Əlilliyi olan uşaq və gənclərin parataekvondo yarışı keçirildi – FOTOLAR

Əlilliyi olan uşaq və gənclərin parataekvondo yarışı keçirildi – FOTOLAR

29 İyul 2025 / 23:41
8
Azərbaycanlı idmançının böyük UĞURU: Həmyerlimiz İstanbulda qızıl medal qazandı – FOTOLAR

Azərbaycanlı idmançının böyük UĞURU: Həmyerlimiz İstanbulda qızıl medal qazandı – FOTOLAR

29 İyul 2025 / 23:29
57
“Zəngəzur dəhlizi məsələsi tarixi-siyasi kontekstdə” kitabının təqdimat mərasimi keçirilib – FOTOLAR

“Zəngəzur dəhlizi məsələsi tarixi-siyasi kontekstdə” kitabının təqdimat mərasimi keçirilib – FOTOLAR

29 İyul 2025 / 12:28
5
Qəzza xəstəxanalarında aclıq hökm sürür: Tibb bacıları huşunu itirirlər

Qəzza xəstəxanalarında aclıq hökm sürür: Tibb bacıları huşunu itirirlər

29 İyul 2025 / 9:48
37
Novxanı çimərliyində faciə-iki nəfər boğularaq ölüb

Xaçmazda bir nəfər dənizdə bataraq ölub

29 İyul 2025 / 9:36
45
Cəbrayıl rayonuna növbəti köç karvanı yola salındı

Daha bir köç karvanı Ağdamın Xıdırlı kəndinə yola salindi

29 İyul 2025 / 9:33
35
Həkimlər xəbərdarlıq edir: ChatGPT psixoz riski yaradır

Həkimlər xəbərdarlıq edir: ChatGPT psixoz riski yaradır

29 İyul 2025 / 9:29
29
 İsrail ordusu İordan çayının qərb sahilindəki Nablus şəhərində iki xəstəxananı mühasirəyə alıb

İsrailin Qəzzaya hücumları nəticəsində 89 fələstinli həlak olub

29 İyul 2025 / 9:26
36
Bu tüklü heyvan şizofreniya müalicəsinin açarını saxlaya bilər

Bu tüklü heyvan şizofreniya müalicəsinin açarını saxlaya bilər

29 İyul 2025 / 9:22
28
Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar YAYILDI

Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar YAYILDI

28 İyul 2025 / 20:36
3
Mark Avreli heykəli 65 ildən sonra vətəni Türkiyəyə qaytarıldı – FOTO

Mark Avreli heykəli 65 ildən sonra vətəni Türkiyəyə qaytarıldı – FOTO

28 İyul 2025 / 20:33
4
Lerikdə insan alverinə qarşı maarifləndirici tədbir keçirildi

Lerikdə insan alverinə qarşı maarifləndirici tədbir keçirildi

28 İyul 2025 / 20:28
10
Naxçıvanda polis işçisi vəfat edib

Naxçıvanda polis işçisi vəfat edib

28 İyul 2025 / 16:05
28
Respublika Gənclər Kitabxanasında “Oxu, öyrən, qazan” adlı layihə -Fotolar

Respublika Gənclər Kitabxanasında “Oxu, öyrən, qazan” adlı layihə -Fotolar

28 İyul 2025 / 15:52
56
Suriya Xalq Məclisində yerlərin sayı 210-a çatdırılacaq

Suriya Xalq Məclisində yerlərin sayı 210-a çatdırılacaq

28 İyul 2025 / 9:58
24
Böyük Britaniya Nazirlər Kabineti Qəzza ilə bağlı təcili iclas keçirəcək

Böyük Britaniya Nazirlər Kabineti Qəzza ilə bağlı təcili iclas keçirəcək

28 İyul 2025 / 9:54
28
Novxanı çimərliyində faciə-iki nəfər boğularaq ölüb

Novxanı çimərliyində faciə-iki nəfər boğularaq ölüb

28 İyul 2025 / 9:46
33
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.