Xəbər verdiyimiz kimi, “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb. “Sputnik Azərbaycan”ın ofisində əməliyyat keçirilib.
Avropa.info xəbər verir ki, Bakıda keçirilən əməliyyat zamanı “Sputnik Azərbaycan” redaksiyasının rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov saxlanılıb.
Məlumata görə, onlar Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarıdır.