30 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Gündəm

Deputat Razı Nurullayev: “Xüsusilə müsəlman xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar getdikcə daha çox hüquqsuzluq və ayrı-seçkiliklə üzləşirlər”

İyun 29, 2025
Gündəm
A A

Rusiyada baş verən son hadisələr onu göstərir ki, bu ölkədə milli və dini mənsubiyyətə görə insanlar üzərində sistemli təqib və basqılar artıq təsadüfi deyil, düşünülmüş dövlət strategiyasının tərkib hissəsinə çevrilib. Azərbaycanlılara, Orta Asiya respublikalarından olanlara və ümumiyyətlə, müsəlmanlara qarşı artan zorakılıq halları, polis orqanlarının qəddarlığı və mediada formalaşdırılan neqativ ictimai rəy təsdiqləyir ki, Rusiya təkcə siyasi deyil, eyni zamanda etnik və mədəni səviyyədə təcrid və assimilyasiya siyasəti həyata keçirir.

Bu sözləri Avropa.info-ya Rusiyada Azərbaycanlılara qarşı baş vermiş hadisəni şərh edərkən Milli Cəphə Partiyasinin Başqani, Millət vəkili Razı Nurullayev deyib.

Daha sonra Razı Nurullayev əlavə edib kı, bu prosesin başında isə yalnız icraedici strukturlar deyil, birbaşa siyasi rəhbərlik – xüsusilə Prezident Vladimir Putinin formalaşdırdığı ideoloji xətt dayanır. Onun hakimiyyəti illərində Rusiyada “özgə” olan hər şeyə qarşı nifrət siyasəti güclənib – etnik mənsubiyyəti fərqli olan, başqa dildə danışan, başqa dinə inanan hər kəs artıq potensial təhdid kimi qəbul olunur.

Rusiyanın Ukraynaya qarşı sərgilədiyi vəhşilik – şəhərlərin raketlərlə yerlə-yeksan edilməsi, mülki əhalinin hədəfə alınması və insanlığa qarşı cinayətlərin açıq şəkildə törədilməsi – digər xalqlara qarşı da hansı davranışın sərgilənəcəyinə güzgü tutur. Əgər Rusiya “bir millət, bir din, bir dil” prinsipi ilə yaşayan, yaxın slavyan xalqa bu qədər qəddar davrana bilirsə, fərqli mədəniyyət və inanc daşıyıcılarına qarşı münasibətinin necə ola biləcəyini təxmin etmək çətin deyil.

Xüsusilə müsəlman xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar getdikcə daha çox hüquqsuzluq və ayrı-seçkiliklə üzləşirlər. Məhkəməsiz cəzalandırmalar, polis bölmələrində baş verən işgəncələr, qərəzli ittihamlarla həbslər və ictimai linç kampaniyaları artıq adi hadisəyə çevrilib. Bütün bunların fonunda Rus Pravoslav Kilsəsinin susqunluğu və bəzən açıq-aşkar şəkildə bu ideoloji təbliğata dəstək verməsi vəziyyəti daha da ağırlaşdırır.

Yekaterinburqda baş verən son hadisə – azərbaycanlı gənclərə qarşı törədilən fiziki zorakılıq və onların cinayətkar kimi göstərilməsi – artıq fərdi deyil, ümumi tendensiyanın göstəricisidir. Bu, nə sadəcə hüquqi məsələdir, nə də məişət səviyyəli münaqişə. Bu, dövlətin formalaşdırdığı təhlükəli “özgələşdirmə” siyasətinin nəticəsidir.

Hazırda Rusiyada hüquq-mühafizə orqanları faktiki olaraq “etnik süpürgə” alətinə çevrilib. OMON-un və digər strukturların fəaliyyəti “ictimai təhlükəsizlik” adı altında etnik təmizləmə təəssüratı yaradır. İdeoloji müstəvidə isə bunun zəmini hələ 1990-cı illərdə qoyulmuşdu – o zaman “skinhed” dəstələri küçələrdə zorakılıq törədirdi, bu gün isə həmin funksiyanı rəsmi qurumlar icra edir, lakin daha amansız və qanuni don geyindirilmiş şəkildə.

Bu gün Rusiya hüquqi təfəkkür baxımından geriyə – Stalin repressiyaları dövrünə deyil, ondan da arxaik dövrlərə qayıdır. Ən azı Stalinin dövründə hüquqi görüntü saxlanılır, formal da olsa, məhkəmələr qurulurdu. İndi isə yol kənarında döyülmək, heç bir səbəb göstərilmədən saxlanılmaq və işgəncəyə məruz qalmaq adi hal alıb.

Azərbaycan bu siyasətin qurbanı olan ilk ölkələrdən biridir. 20 Yanvar hadisəsi, Xocalı soyqırımı, torpaqlarımızın 30 il işğal altında qalması və Rusiya sülhməramlılarının fəaliyyətsizliyi – bütün bu faktlar Rusiya Federasiyasının tarixən Azərbaycana münasibətində ikili standartlar və zərərli təsirini açıq şəkildə ortaya qoyur.

Bundan əlavə, Rusiya tərəfindən təşkil olunan informasiya müharibələri, kibertəxribatlar, ölkəmizə qarşı hibrid üsullarla aparılan psixoloji basqılar da bu strategiyanın tərkib hissəsidir. Azərbaycan deputatının ölkəyə buraxılmaması kimi təxribatçı addımlar isə Rusiyanın diplomatik protokol qaydalarına da hörmət etmədiyini göstərir.

Biz bu reallıqları yalnız müşahidə etməməli, beynəlxalq ictimaiyyəti də bu məsələdə daha aktiv mövqe sərgiləməyə səsləməliyik. Azərbaycan xalqı tarixən azadlığını və ləyaqətini müdafiə edən xalq olub. Bu gün də eyni prinsipiallıqla haqqımızı müdafiə etməkdən çəkinməməliyik.

Avropa.info

Əvvəlki Yazı

İlham Rəhimovdan Rusiyada soydaşlarımıza qarşı törədilmiş cinayətə reaksiya

Növbəti Yazı

Yekaterinburgda Səfərovlar həbs edildi -Fotolar

XƏBƏR LENTİ

““Romantik tələ”yə düşməyin”: QHT Koalisiyasından müraciət

““Romantik tələ”yə düşməyin”: QHT Koalisiyasından müraciət

30 İyul 2025 / 18:26
20
Sənət və Əməkdaşlığın Bayramı: “Rənglərin sehri” sərgisi açıldı – FOTOLAR

Sənət və Əməkdaşlığın Bayramı: “Rənglərin sehri” sərgisi açıldı – FOTOLAR

30 İyul 2025 / 18:23
21
Rusiya zəlzələ və sunami ilə üzləşmiş Kamçatka bölgəsində “yüksək hazırlıq vəziyyəti” elan edib

Rusiya zəlzələ və sunami ilə üzləşmiş Kamçatka bölgəsində “yüksək hazırlıq vəziyyəti” elan edib

30 İyul 2025 / 16:47
20
Respublika Gənclər Kitabxanasında “İnsan alverinə səssiz qalma!” adlı material hazırlanıb

Respublika Gənclər Kitabxanasında “İnsan alverinə səssiz qalma!” adlı material hazırlanıb

30 İyul 2025 / 12:30
30
Sabirabadda 21 yaşlı oğlan yeniyetmə qızı öldürüb, Kürə atdı

Mingəçevirdə sərxoş kişi Kür çayında boğularaq ölüb

30 İyul 2025 / 10:19
3
Ankarada FETÖ əməliyyatı: 6 nəfər saxlanılıb

Ankarada FETÖ əməliyyatı: 6 nəfər saxlanılıb

30 İyul 2025 / 10:02
14
Rubio: Tramp Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyişin olmamasından məyus olub

“Bu cür emosional açıqlamalar əvvəllər də səslənib”-Sergey Qrabski

30 İyul 2025 / 9:26
25
8,8 bal gücündə zəlzələdən sonra Severo-Kurilsk şəhərinin bir hissəsi su altında qalıb

8,8 bal gücündə zəlzələdən sonra Severo-Kurilsk şəhərinin bir hissəsi su altında qalıb

30 İyul 2025 / 9:20
57
Toya nişanlısı ilə gələn gənc döyüldü

Şəkidə qətl hadisəsi baş verib

30 İyul 2025 / 8:51
56
Daha bir köç karvanı Cəbrayıl rayonuna yola salindi -Fotolar

Daha bir köç karvanı Cəbrayıl rayonuna yola salindi -Fotolar

30 İyul 2025 / 8:45
25
Prezident Ərdoğan: Qəzzalılar dünyanın gözü qarşısında öldürülür

Prezident Ərdoğan: Qəzzalılar dünyanın gözü qarşısında öldürülür

30 İyul 2025 / 8:37
34
Rusiyanın şərqində 8,8 bal gücündə zəlzələ baş verib

Rusiyanın şərqində 8,8 bal gücündə zəlzələ baş verib

30 İyul 2025 / 8:31
58
Yaponiyanın Sakit okean sahillərində hündürlüyü 3 metrə çatan sunami xəbərdarlığı edilib

Yaponiyanın Sakit okean sahillərində hündürlüyü 3 metrə çatan sunami xəbərdarlığı edilib

30 İyul 2025 / 8:27
39
Əlilliyi olan uşaq və gənclərin parataekvondo yarışı keçirildi – FOTOLAR

Əlilliyi olan uşaq və gənclərin parataekvondo yarışı keçirildi – FOTOLAR

29 İyul 2025 / 23:41
8
Azərbaycanlı idmançının böyük UĞURU: Həmyerlimiz İstanbulda qızıl medal qazandı – FOTOLAR

Azərbaycanlı idmançının böyük UĞURU: Həmyerlimiz İstanbulda qızıl medal qazandı – FOTOLAR

29 İyul 2025 / 23:29
57
“Zəngəzur dəhlizi məsələsi tarixi-siyasi kontekstdə” kitabının təqdimat mərasimi keçirilib – FOTOLAR

“Zəngəzur dəhlizi məsələsi tarixi-siyasi kontekstdə” kitabının təqdimat mərasimi keçirilib – FOTOLAR

29 İyul 2025 / 12:28
5
Qəzza xəstəxanalarında aclıq hökm sürür: Tibb bacıları huşunu itirirlər

Qəzza xəstəxanalarında aclıq hökm sürür: Tibb bacıları huşunu itirirlər

29 İyul 2025 / 9:48
37
Novxanı çimərliyində faciə-iki nəfər boğularaq ölüb

Xaçmazda bir nəfər dənizdə bataraq ölub

29 İyul 2025 / 9:36
45
Cəbrayıl rayonuna növbəti köç karvanı yola salındı

Daha bir köç karvanı Ağdamın Xıdırlı kəndinə yola salindi

29 İyul 2025 / 9:33
35
Həkimlər xəbərdarlıq edir: ChatGPT psixoz riski yaradır

Həkimlər xəbərdarlıq edir: ChatGPT psixoz riski yaradır

29 İyul 2025 / 9:29
29
 İsrail ordusu İordan çayının qərb sahilindəki Nablus şəhərində iki xəstəxananı mühasirəyə alıb

İsrailin Qəzzaya hücumları nəticəsində 89 fələstinli həlak olub

29 İyul 2025 / 9:26
36
Bu tüklü heyvan şizofreniya müalicəsinin açarını saxlaya bilər

Bu tüklü heyvan şizofreniya müalicəsinin açarını saxlaya bilər

29 İyul 2025 / 9:22
28
Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar YAYILDI

Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar YAYILDI

28 İyul 2025 / 20:36
3
Mark Avreli heykəli 65 ildən sonra vətəni Türkiyəyə qaytarıldı – FOTO

Mark Avreli heykəli 65 ildən sonra vətəni Türkiyəyə qaytarıldı – FOTO

28 İyul 2025 / 20:33
4
Lerikdə insan alverinə qarşı maarifləndirici tədbir keçirildi

Lerikdə insan alverinə qarşı maarifləndirici tədbir keçirildi

28 İyul 2025 / 20:28
10
Naxçıvanda polis işçisi vəfat edib

Naxçıvanda polis işçisi vəfat edib

28 İyul 2025 / 16:05
28
Respublika Gənclər Kitabxanasında “Oxu, öyrən, qazan” adlı layihə -Fotolar

Respublika Gənclər Kitabxanasında “Oxu, öyrən, qazan” adlı layihə -Fotolar

28 İyul 2025 / 15:52
56
Suriya Xalq Məclisində yerlərin sayı 210-a çatdırılacaq

Suriya Xalq Məclisində yerlərin sayı 210-a çatdırılacaq

28 İyul 2025 / 9:58
24
Böyük Britaniya Nazirlər Kabineti Qəzza ilə bağlı təcili iclas keçirəcək

Böyük Britaniya Nazirlər Kabineti Qəzza ilə bağlı təcili iclas keçirəcək

28 İyul 2025 / 9:54
28
Novxanı çimərliyində faciə-iki nəfər boğularaq ölüb

Novxanı çimərliyində faciə-iki nəfər boğularaq ölüb

28 İyul 2025 / 9:46
33
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.