01 - 12 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Dilçilik İnstitutunda Azərbaycan dili ilə bağlı ictimai müzakirə keçirildi – FOTO

İyun 27, 2025
Cəmiyyət
A A

İyunun 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitunda Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” layihəsi çərçivəsində növbəti ictimai müzakirə keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.  

Avropa.info bildirir ki, tədbiri Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri və layihənin rəhbəri Xanoğlan Əhmədov açaraq layihənin məqsədi barədə məlumat verib.

Onun bildirdiyinə görə, layihənin məqsədi Azərbaycan dilinin qorunması, inkişafı və düzgün istifadəsinin təşviqinə yönəlib: “Dilimiz həm dövlətçilik, həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. Onun qorunması hər bir vətəndaşın milli borcudur”.

Sonra mövzu ilə bağlı fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mütəllim Rəhimov məruzə edib. O, məruzəsində layihə çərçivəsində aparılan monitorinqlərin nəticələri barədə danışıb. Bildirib ki, mediada, sosial şəbəkələrdə və reklamlarda əcnəbi sözlərin həddindən artıq istifadəsi dilin zənginliyinə zərər vurur. Məruzəçinin fikrincə, bu vəziyyət dil mədəniyyətinə və milli-mədəni dəyərlərə ziddir.

M.Rəhimov məruzəsində bir sıra məsələlərlə yanaşı mağaza adlarında, obyekt lövhələrində və reklam bannerlərində əcnəbi söz və ifadələrdən geniş istifadənin yaxşı hal olmadığını qeyd edib. Onun fikrincə, bu cür neqativ halların artması Azərbaycan dilinin ictimai məkanlarda təhrif olunmasına və milli terminoloji bazanın zəifləməsinə səbəb olur. Məruzəçi son illər valideynlərin uşaqlarına qeyri-ənənəvi, Azərbaycan dilində yad səslənən adlar qoymasını dilimizin saflığına və milli-mədəni dəyərlərin yaşadılmasına zərbə vurmaq kimi qiymətləndirib.

Tədbirdə çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutun direktoru, professor Nadir Məmmədli ictimai müzakirələrin əhəmiyyətinə toxunub:

“Dilimizin təbliği və qorunması yalnız dilçilərin deyil, cəmiyyətin bütün təbəqələrinin ortaq məsuliyyətidir. Dövlət qurumları və ictimaiyyət bu məsələdə fəal olmalıdır. Biz Dilçilik İnstitutu olaraq bu cür təşəbbüsləri hər zaman dəstəkləyirik. Bu kimi təşəbbüslərin Azərbaycan dilinin qorunması və ictimai şüurda dil məsuliyyətinin formalaşdırılması baxımından mühüm rol oynayır”.

Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova isə alınma terminlərin geniş istifadəsinin yaratdığı problemlərdən bəhs edib. Onun sözlərinə görə, bu məsələ Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının diqqət mərkəzindədir və bir çox sahələr üzrə alternativ qarşılıqlar müəyyən edilib:

“Sosial şəbəkələrdə və gündəlik istifadədə milli qarşılıqlara üstünlük verilməlidir. Alınma sözlər yalnız elmi-texniki kontekstdə zəruri ola bilər”.

Tədbirdə həmçinin Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri, professor İlham Tahirov və “Toponimika” şöbəsinin müdiri, dosent Elçin İsmayılov da çıxış edərək, bu sahədəki təşəbbüslərin davamlılığının vacibliyini vurğulayıb, dil pozuntularına qarşı mübarizə yolları barədə təkliflər irəli sürüblər.





Əvvəlki Yazı

İsrailin blokadası altında olan Qəzzada daha iki körpə aclıqdan ölüb

Növbəti Yazı

Yekaterinburqda keçirilən əməliyyatda 9 azərbaycanlı saxlanıldı – YENİLƏNİB 2

XƏBƏR LENTİ

Lotereyanın növbəti şanslı avtomobil qalibi məlum olub!

Lotereyanın növbəti şanslı avtomobil qalibi məlum olub!

28 Noyabr 2025 / 16:08
6
“Reyhan Yusifqızı – 60 ” adlı veblioqrafiya virtual oxuculara təqdim edilib

“Reyhan Yusifqızı – 60 ” adlı veblioqrafiya virtual oxuculara təqdim edilib

27 Noyabr 2025 / 8:27
21
Kapitan Mühüd Orucov əfsanəsi – FOTOLAR

Kapitan Mühüd Orucov əfsanəsi – FOTOLAR

26 Noyabr 2025 / 21:18
16
Zəngəzur dəhlizinin müasir əhəmiyyəti

İrəvandan ŞOK AÇIQLAMA: Zəngəzur dəhlizi Türkiyə şirkətinə icarəyə verilə bilər

26 Noyabr 2025 / 13:49
9
Bakcell və Visa tərəfdaşlığa başlayır

Bakcell və Visa tərəfdaşlığa başlayır

26 Noyabr 2025 / 13:35
4
AFEN plazadakı partlayışda yaralananların vəziyyəti AÇIQLANDI

AFEN plazadakı partlayışda yaralananların vəziyyəti AÇIQLANDI

26 Noyabr 2025 / 13:18
3
Bakıda bu ərazidə evlər PLANA DÜŞDÜ – 2700 AZN kompensasiya veriləcək

Bakıda bu ərazidə evlər PLANA DÜŞDÜ – 2700 AZN kompensasiya veriləcək

26 Noyabr 2025 / 11:26
5
Cəmi 1 AZN-lə bu axşam “Nar”dan möhtəşəm avtomobilə sahib ol!

Cəmi 1 AZN-lə bu axşam “Nar”dan möhtəşəm avtomobilə sahib ol!

25 Noyabr 2025 / 23:56
6
Respublika Gənclər Kitabxanasında Xalq şairi Vahid Əzizin 80 illik yubileyi münasibətilə silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında Xalq şairi Vahid Əzizin 80 illik yubileyi münasibətilə silsilə materiallar hazırlanıb

25 Noyabr 2025 / 13:57
27
Respublika Gənclər Kitabxanasında siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Respublika Gənclər Kitabxanasında siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

25 Noyabr 2025 / 13:51
21
Respublika Uşaq Kitabxanasında məktəblilər üçün yaradıcı və maarifləndirici gün təşkil olunub

Respublika Uşaq Kitabxanasında məktəblilər üçün yaradıcı və maarifləndirici gün təşkil olunub

25 Noyabr 2025 / 13:30
29
Uşaq Hüquqları Günü münasibətilə maarifləndirici tədbirlər keçirilib

Uşaq Hüquqları Günü münasibətilə maarifləndirici tədbirlər keçirilib

25 Noyabr 2025 / 9:55
21
Samirə Əfəndi Ermənistan təmsilçisinə ən yüksək xalı verdi – Video

Samirə Əfəndi Ermənistan təmsilçisinə ən yüksək xalı verdi – Video

23 Noyabr 2025 / 10:59
31
Bakcell-in lotereyasında 7-ci avtomobil sahibini tapdı

Bakcell-in lotereyasında 7-ci avtomobil sahibini tapdı

21 Noyabr 2025 / 19:22
40
“Uşaq Hüquqları və Hər kəs üçün Təhlükəsiz İnternet” mövzusunda maarifləndirici tədbir keçirilib

“Uşaq Hüquqları və Hər kəs üçün Təhlükəsiz İnternet” mövzusunda maarifləndirici tədbir keçirilib

21 Noyabr 2025 / 17:39
34
“44 günlük müharibə” ilə bağlı elektron məlumat bazasının təqdimatı keçirilib

“Zəfər və Qürur yolunun tarixi” adlı elektron məlumat bazasının təqdimati olub

21 Noyabr 2025 / 14:22
38
“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı

“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı

21 Noyabr 2025 / 13:16
15
Şahin İsmayılov: Büdcə dövlətin, həm də güc doktrinasıdır

Şahin İsmayılov: Büdcə dövlətin, həm də güc doktrinasıdır

21 Noyabr 2025 / 13:11
10
Respublika Gənclər Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın xatirəsi anılıb

Respublika Gənclər Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın xatirəsi anılıb

20 Noyabr 2025 / 11:30
29
Respublika Gənclər Kitabxanasında 20 noyabr – Ağdam şəhəri günü ilə əlaqədar material hazırlanıb

Respublika Gənclər Kitabxanasında 20 noyabr – Ağdam şəhəri günü ilə əlaqədar material hazırlanıb

20 Noyabr 2025 / 11:25
31
Mədəniyyət Nazirliyində kadr islahatları: Effektivlik və şəffaflığın yeni mərhələsi – FOTO

Mədəniyyət Nazirliyində kadr islahatları: Effektivlik və şəffaflığın yeni mərhələsi – FOTO

19 Noyabr 2025 / 21:27
10
“Uşaq Hüquqları və Hər kəs üçün Təhlükəsiz İnternet” mövzusunda maarifləndirici tədbir keçirilib-Fotolar

“Uşaq Hüquqları və Hər kəs üçün Təhlükəsiz İnternet” mövzusunda maarifləndirici tədbir keçirilib-Fotolar

19 Noyabr 2025 / 18:00
30
Respublika Gənclər Kitabxanasında 17 noyabr Milli Dirçəliş Günü münasibətilə silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında 17 noyabr Milli Dirçəliş Günü münasibətilə silsilə materiallar hazırlanıb

17 Noyabr 2025 / 11:34
31
Azərbaycan səfirliyi niyə hədəfə çevrilir? – Rusiya insanlıq əleyhinə cinayətlərini davam etdirir

Azərbaycan səfirliyi niyə hədəfə çevrilir? – Rusiya insanlıq əleyhinə cinayətlərini davam etdirir

15 Noyabr 2025 / 22:54
270
Lüks avtomobil növbəti həftə sənin ola bilər!

Lüks avtomobil növbəti həftə sənin ola bilər!

14 Noyabr 2025 / 16:21
37
Zaqatala sakini “Nar”dan avtomobil qazandı

Zaqatala sakini “Nar”dan avtomobil qazandı

13 Noyabr 2025 / 15:20
8
Azərbaycanli tələbələr Moldovada saxlanildi -Fotolar

Azərbaycanli tələbələr Moldovada saxlanildi -Fotolar

13 Noyabr 2025 / 13:30
35
Rəşid Behbudovun kürəkəni sabiq nazirə: “Ramiz Mehdiyev ilə…”

Rəşid Behbudovun kürəkəni sabiq nazirə: “Ramiz Mehdiyev ilə…”

13 Noyabr 2025 / 13:19
57
Prezident İlham Əliyev İndoneziya Prezidentini təbrik edib

Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə keçib

13 Noyabr 2025 / 10:39
42
Respublika Gənclər Kitabxanasında 12 noyabr Konstitusiya Günü ilə əlaqədar virtual sərgi hazırlanıb

Respublika Gənclər Kitabxanasında 12 noyabr Konstitusiya Günü ilə əlaqədar virtual sərgi hazırlanıb

12 Noyabr 2025 / 14:33
23
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.