Avropa.info xəbər verir ki, Milli Müdafiə Nazirliyinin sosial media hesabından yayılan açıqlamada qeyd edilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Hollandiyanın Haaqa şəhərində keçirilən NATO Zirvəsi proqramında müşayiət edən milli müdafiə naziri Yaşar Gülər Hollandiyanın Müdafiə Naziri Ruben Brekelmans ilə ikitərəfli görüş keçirib.
Məlumata görə, görüşdən sonra hər iki nazir Niyyət Bəyannaməsi imzalayıb.