Nigerin Tillaberi bölgəsində törədilən terror aktında 71 mülki vətəndaş həyatını itirib.
Avropa.info yerli mətbuata istinadən xəbər verir ki, ötən gün Tillaberinin Manda kəndi naməlum silahlı terrorçular tərəfindən hücuma məruz qalıb.
Namazdan sonra məscidin həyətinə toplanan camaatı hədəf alan hücumda 71 nəfər həyatını itirib, ən azı 20 nəfər yaralanıb.
Mart ayında Fambita kəndindəki məscidə cümə namazı zamanı hücum edilib, 44 nəfər həlak olub.
Terror təşkilatlarının hücumu altındadır
Tillaberi “üç ölkə sərhədi” olaraq bilinən Niger, Mali və Burkina Faso tərəfindən paylaşılan sərhəd xəttində yerləşir .
Sözügedən sərhəd 2017-ci ildən bəri Əl-Qaidə və İŞİD- ə bağlı terror təşkilatları tərəfindən tez-tez hücuma məruz qalır .