15 - 12 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

“Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” mövzusunda ictimai müzakirə keçirildi – FOTO

İyun 23, 2025
Cəmiyyət
A A

İyunun 20-də Bakı Avrasiya Universitetində Media və Mülki Cəmiyyət İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi  “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” adlı layihəsi çərçivəsində ictimai müzakirə təşkil edib.

Avropa.info xəbər verir ki, tədbirdə Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri və layihənin rəhbəri Xanoğlan Əhmədov giriş sözü ilə çıxış edərək layihənin məqsədi barədə məlumat verib.

“Həyata keçirdiyimiz layihənin məqsədi kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması halları, dilimizdən istifadə ilə bağlı mövcud vəziyyət və problemlərin aşkar edilməsinə, həmçinin dilin qorunması və inkişafı üçün tövsiyələrin hazırlanmasına, dilin təbliği və düzgün istifadəsinin təşviqinə yönəlmiş tədbirlərin görülməsinə yardım etməkdir”, – deyə o əlavə edib.

“Dilin təmizliyi – millətin şəxsiyyətidir”

Giriş nitqindən sonra BDU-nun jurnalistika fakültəsinin müəllimi, konflikt jurnalistikası üzrə mütəxəssis Əlisafa Mehdi “Mediada ədəbi dil normalarının pozulması: mövcud vəziyyət və müdafiə mexanizmləri” mövzusunda məruzə edib.

Ə.Mehdi məruzəsində qeyd edib ki, qloballaşan dünyada, internetin mədəniyyətləri və dilləri çulğaşdırdığı məkanda dilin daim sahmanda olması hər bir doğma dil daşıyıcısının haqqı və məsuliyyətidir. Onun sözlərinə görə, “Azərbaycan dili milli dəyərdir” anlayışı yalnız şüar yox, ictimai davranış normalarında özünü göstərməlidir. “Dilin informasiya cəmiyyətində rolu yalnız kommunikasiya deyil, həm də milli dəyərin ideoloji daşıyıcısı kimi qəbul edilməlidir.

KİV-in dili cəmiyyətin dili deməkdir. Bu səbəbdən, mediada ədəbi dilin qorunması – gələcək nəsillərə sağlam dil mühiti miras qoymaq üçün strateji vəzifədir. Dilin təmizliyi – millətin şəxsiyyətidir”-məruzəçi çıxışında bildirib.

Ə.Mehdi hesab edir ki, Azərbaycan dili milli ruhumuzun, mədəniyyətimizin səsidir. Ona görə də dil qorumaq təkcə filoloqların və dilçilərin yox, cəmiyyətin bütün təbəqələrinin ortaq məsuliyyəti kimi qəbul edilməlidir, jurnalistlərin, müəllimlərin, dizaynerlərin, siyasətçilərin, sosial ekspertlərin və sıravi vətəndaşların da borcudur: “Mediada hər düzgün işlədilən söz, gələcək nəsillərə örnək olacaq bir addımdır”.

“Bu dil mədəniyyətimizin qoruyucusudur”

Bakı Avrasiya Universitetinin Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mütəllim Rəhimov çıxışı zamanı qeyd edib ki, Azərbaycan dili və mədəniyyəti, eləcə də milli və bəşəri dəyərlər bu gün Azərbaycan cəmiyyəti üçün böyük əhəmiyyət daşıyır və aktuallığını qoruyur: “Hazırda dünyada 50 milyondan çox insanın ana dili kimi istifadə etdiyi Azərbaycan dili, yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqımızın tarixini, mədəni irsini və mənəvi dəyərlərini yaşadan mühüm bir dəyərdir.

Azərbaycan dili dövlətçiliyimizin əsas rəmzlərindən biri olmaqla yanaşı, milli kimliyimizin ayrılmaz tərkib hissəsidir. Bu dil həm tarixi yaddaşımızın daşıyıcısı, həm də mədəniyyətimizin qoruyucusudur. Bu səbəbdən, Azərbaycan dilinin yaşadılması və inkişaf etdirilməsi təkcə dövlətin deyil, hər bir vətəndaşın üzərinə düşən müqəddəs borcdur”.

“Dilimiz çox gözəldir və böyük arealda ünsiyyət vasitəsidir”

Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin Nəzəri Dilçilik və türk dilləri kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəminə Rüstəmbəyli çıxışında dilimizin inkişaf tarixindən bəhs edərək onun hansı mərhələlrdən keçdiyi barədə qısaca məlumat verib. “Azərbaycan dili zəngin tarixi olan, qədim köklərə dayanan bir dildir. Bu dil uzun əsrlər boyunca müxtəlif dövrlə uyğun şəkildə formalaşıb və bugünkü yüksək səviyyəsinə çatıb”, – deyə o qeyd edib.

Z.Rüstəmbəyli vurğulayıb ki, dilimiz çox gözəldir və böyük arealda ünsiyyət vasitəsidir. Azərbaycan dili yalnız respublikamız daxilində deyil, xarici ölkələrdə, xüsusilə türk xalqları arasında geniş ünsiyyət vasitəsidir. Onun sözlərinə görə, kənar sözlərin dilimizə daxil olmasından qorxmaq lazım deyil, çünki dil özü bu prosesi yönəldəcək. Kafedra müdiri hesab edir ki, dilimizin gözəlliyi və zənginliyi yalnız onun lüğət tərkibi və qrammatik quruluşu ilə deyil, həm də onun milli kimliyimizi və mədəni dəyərlərimizi əks etdirməsi ilə ölçülür.

“Bu gün haqlı olaraq dilimizdəki problemlərdən danışırıq və danışmalıyıq”

Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin Nəzəri Dilçilik və türk dilləri kafedrasının professoru Ədalət Tahirzadə çıxış edərək dilimizin saflığı, onun qorunması uğrundakı hər bir təşəbbüsü alqışladığını bildirib. O əlavə edib ki, dil təkcə ünsiyyət vasitəsi deyil, millətin ruhudur, dildə millətin ruhu yaşayır. Dil xalqın tarixini, mədəniyyətini, düşüncə tərzini və dünyagörüşünü daşıyan müqəddəs bir varlıqdır.

Ə.Tahirzadə hesab edir ki, bu gün haqlı olaraq dilimizdəki problemlərdən danışırıq və danışmalıyıq: “Xüsusilə müasir dövrdə ana dilinin qorunması daha vacib bir məsələdir. Televiziya, radio, mətbuat və sosial şəbəkələr dilimizin gündəlik istifadəsində əsas vasitələrə çevrilib. Bu sahələrdə dil pozuntularının artması bizi ciddi narahat etməlidir. Hesab edirəm ki, sosial şəbəkələrdə, eləcə də mediada rastlaşdığımız dil pozuntularının əksəriyyəti təkcə istifadəçilərin diqqətsizliyindən və ya məsuliyyətsizliyindən qaynaqlanmır. Dilə sevgi və məsuliyyətlə yanaşmaq dil qurumlarının, ziyalıların və hər bir vətəndaşın borcudur”.

“Dilimizə yeni sözlərin daxil olması təbii prosesdir”

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qədim Qubadov isə bildirib ki, dilimizə yeni sözlərin daxil olması təbii prosesdir. “Zamanla cəmiyyətin inkişafı, yeni texnologiyaların yaranması ilə dil də bu dəyişikliklərə uyğunlaşmalı olur. Bu uyğunlaşma çərçivəsində yeni sözlər ya başqa dillərdən alınır, ya da mövcud dilin imkanları daxilində yaradılır. Bu prosesi süni şəkildə sürətləndirmək və ya zorla istiqamətləndirəndə arzuolunan nəticələr vermir”, – deyə o qeyd edib.

Onun fikrincə, cəmiyyət hansı sözlərə ehtiyac duyursa, həmin sözlər zamanla qəbul olunur və işlək hala gəlir. Ehtiyac duyulmayan sözlər isə tez unudulur:

“Ona görə də yeni sözləri dilə daxil edərkən ehtiyac prinsipi əsas götürülməlidir. Cəmiyyətdə öz yerini tapa biləcək sözlər qəbul edilməli, dilin təbiətinə uyğun gəlməyən sözlər isə mədəni şəkildə kənarda saxlanılmalıdır. Bu zaman həm dilin zənginliyi artır, həm də onun təbii inkişafına müdaxilə edilməmiş olur”.




Əvvəlki Yazı

Respublika Uşaq Kitabxanasında “26 İyun – Silahlı Qüvvələr Günü” qeyd olub-Fotolar

Növbəti Yazı

Nigerdə ​​terror aktı: 71 ölü

XƏBƏR LENTİ

Onun bizə miras qoyduğu idealları yaşatmağı özümüzə şərəf bilirik – Deputat

Onun bizə miras qoyduğu idealları yaşatmağı özümüzə şərəf bilirik – Deputat

13 Dekabr 2025 / 18:28
9
Müasir Azərbaycan dövlətçiliyinin uğurlarının banisi

Respublika Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən silsilə materiallar hazırlanıb

12 Dekabr 2025 / 20:07
43
Müasir Azərbaycan dövlətçiliyinin uğurlarının banisi

Müasir Azərbaycan dövlətçiliyinin uğurlarının banisi

12 Dekabr 2025 / 10:58
5
Azərbaycan xalginin taleyində həlledici rol oynamis əlamətdar günlər məhz Heydər Əliyevin adi ilə baglidir

Xilaskarlıq missiyası və dövlətçilik ideyalarının möhkəmləndirilməsi

12 Dekabr 2025 / 10:53
16
“Nar”ın “Çoox Şanslı” lotereyasında 7-ci avtomobil uduldu

“Nar”ın “Çoox Şanslı” lotereyasında 7-ci avtomobil uduldu

11 Dekabr 2025 / 17:12
3
Respublika Gənclər Kitabxanasında Zemfira Məhərrəmlinin yubileyi münasibətilə elektron məlumat baza hazırlanıb

Respublika Gənclər Kitabxanasında Zemfira Məhərrəmlinin yubileyi münasibətilə elektron məlumat baza hazırlanıb

11 Dekabr 2025 / 16:01
23
Paşinyanın təyyarəsinə Moskva hava limanında enişinə icazə verilmədi

Paşinyanın təyyarəsinə Moskva hava limanında enişinə icazə verilmədi

11 Dekabr 2025 / 12:01
4
“Bakcell” lotereyasının final sürprizi – “Porsche Cayenne” qalibi ola bilərsən!

“Bakcell” lotereyasının final sürprizi – “Porsche Cayenne” qalibi ola bilərsən!

11 Dekabr 2025 / 11:55
9
Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

10 Dekabr 2025 / 12:28
31
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir

Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir

09 Dekabr 2025 / 13:51
11
“Qış Nağılı” sərgisi: Həmrəyliyin və sənətin vəhdəti

“Qış Nağılı” sərgisi: Həmrəyliyin və sənətin vəhdəti

09 Dekabr 2025 / 12:00
10
“Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı

“Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı

08 Dekabr 2025 / 13:43
4
“Mənim ana dilim – mənim varlığım” adlı poeziya gecəsi keçirilib

“Mənim ana dilim – mənim varlığım” adlı poeziya gecəsi keçirilib

08 Dekabr 2025 / 13:40
23
Leyla Fətəliyeva 9-cu lüks avtomobilin sahibi oldu!

Leyla Fətəliyeva 9-cu lüks avtomobilin sahibi oldu!

08 Dekabr 2025 / 13:40
8
Gənclər Kitabxanasından Xalq yazıçısı Kamal Abdullanın 75 illiyinə töhfə

Gənclər Kitabxanasından Xalq yazıçısı Kamal Abdullanın 75 illiyinə töhfə

04 Dekabr 2025 / 13:33
17
Bir əsrin izi ilə: AMEA Mərkəzi Elmi Kitabxana – 100

Bir əsrin izi ilə: AMEA Mərkəzi Elmi Kitabxana – 100

03 Dekabr 2025 / 20:20
12
Respublika Gənclər Kitabxanasında 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Respublika Gənclər Kitabxanasında 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

03 Dekabr 2025 / 13:42
24
“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir

“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir

02 Dekabr 2025 / 14:27
5
Milli Məclisin Komitə sədrindən QHT-yə 20 illik yubiley təbriki

Milli Məclisin Komitə sədrindən QHT-yə 20 illik yubiley təbriki

02 Dekabr 2025 / 13:02
10
Lotereyanın növbəti şanslı avtomobil qalibi məlum olub!

Lotereyanın növbəti şanslı avtomobil qalibi məlum olub!

28 Noyabr 2025 / 16:08
6
“Reyhan Yusifqızı – 60 ” adlı veblioqrafiya virtual oxuculara təqdim edilib

“Reyhan Yusifqızı – 60 ” adlı veblioqrafiya virtual oxuculara təqdim edilib

27 Noyabr 2025 / 8:27
23
Kapitan Mühüd Orucov əfsanəsi – FOTOLAR

Kapitan Mühüd Orucov əfsanəsi – FOTOLAR

26 Noyabr 2025 / 21:18
18
Zəngəzur dəhlizinin müasir əhəmiyyəti

İrəvandan ŞOK AÇIQLAMA: Zəngəzur dəhlizi Türkiyə şirkətinə icarəyə verilə bilər

26 Noyabr 2025 / 13:49
14
Bakcell və Visa tərəfdaşlığa başlayır

Bakcell və Visa tərəfdaşlığa başlayır

26 Noyabr 2025 / 13:35
4
AFEN plazadakı partlayışda yaralananların vəziyyəti AÇIQLANDI

AFEN plazadakı partlayışda yaralananların vəziyyəti AÇIQLANDI

26 Noyabr 2025 / 13:18
4
Bakıda bu ərazidə evlər PLANA DÜŞDÜ – 2700 AZN kompensasiya veriləcək

Bakıda bu ərazidə evlər PLANA DÜŞDÜ – 2700 AZN kompensasiya veriləcək

26 Noyabr 2025 / 11:26
9
Cəmi 1 AZN-lə bu axşam “Nar”dan möhtəşəm avtomobilə sahib ol!

Cəmi 1 AZN-lə bu axşam “Nar”dan möhtəşəm avtomobilə sahib ol!

25 Noyabr 2025 / 23:56
6
Respublika Gənclər Kitabxanasında Xalq şairi Vahid Əzizin 80 illik yubileyi münasibətilə silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında Xalq şairi Vahid Əzizin 80 illik yubileyi münasibətilə silsilə materiallar hazırlanıb

25 Noyabr 2025 / 13:57
30
Respublika Gənclər Kitabxanasında siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Respublika Gənclər Kitabxanasında siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

25 Noyabr 2025 / 13:51
25
Respublika Uşaq Kitabxanasında məktəblilər üçün yaradıcı və maarifləndirici gün təşkil olunub

Respublika Uşaq Kitabxanasında məktəblilər üçün yaradıcı və maarifləndirici gün təşkil olunub

25 Noyabr 2025 / 13:30
30
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.