BMT-nin baş katibi Quterreş deyib: “Mən İrana qarşı güc tətbiqindən dərin narahatam. Bu, beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdiddir”.
Avropa.info xəbər verir ki, BMT-nin baş katibi Quterreş hücumdan sonra yazılı açıqlama verib.
Quterreş hücumun hələ də gərgin olan regionda təhlükəli eskalasiya olduğunu bildirib və əlavə edib: “İrana qarşı güc tətbiqindən dərin narahatam. Bu, beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdiddir”.
Quterreş xəbərdarlıq edib ki, münaqişənin nəzarətdən çıxması riski artmaqdadır və bunun mülki əhali, region və dünya üçün fəlakətli nəticələri var.
BMT üzvlərini gərginliyi azaltmağa və BMT Nizamnaməsi və digər beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə əməl etməyə çağıran Quterreş qeyd edib:
“Bu təhlükəli anda qarışıqlıq spiralından qaçmaq vacibdir. Hərbi variant həll yolu deyil, diplomatiya yeganə yol, sülh yeganə ümiddir”.