30 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

İsraildən İranın iki kritik şəhərinə hücum: İnqilab Keşikçiləri hədəf alındı

İyun 21, 2025
Dünya, Manşet
A A

İsrail ilə İran arasında toqquşmalar davam edərkən, İsrail İranın iki mühüm şəhərinə hücum təşkil edib.

Avropa.info xəbər verir ki, İran mediası İsrailin cənub-qərbdə yerləşən Əhvaz və Mahşəhr şəhərlərində İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus kazarma və qərargahları eyni vaxtda hədəf aldığını bildirib. İsrailin hücum etdiyi Əhvaz İranın əsas neft hasilatı bölgəsi olan Xuzistan vilayətinin mərkəzi şəhəridir.

İran mediasının məlumatına görə, İsrail qüvvələri eyni vaxtda Xuzistan vilayətinə bağlı Əhvaz şəhəri ilə Mahşəhr limanında yerləşən İran İnqilab Keşikçiləri Korpusuna məxsus kazarma və qərargahlara hücum edib. Hücumdan sonra hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü və ərazidən gur tüstülərin yüksəldiyi müşahidə olunub.

İraq sərhədinə yaxın olan Əhvaz İranın əsas neft hasilatı bölgəsi olan Xuzistan vilayətinin mərkəzidir.

İran mediası əlavə edib ki, İsrail qüvvələri səhər saatlarında İsfahandakı nüvə obyektini də hədəf alıblar. Xəbərlərə görə, həmin obyektə hücumdan sonra radiasiya sızması qeydə alınmayıb.

Digər tərəfdən, İranın hücumları da gün ərzində davam edib. İsrail mediası, ölkənin şimalında yerləşən Beyt Şean şəhərində bir binanın dron hücumu ilə vurulduğunu bildirib. Hadisədə ölən və ya yaralanan olmasa da, İranın “Şahed-136” tipli pilotsuz uçuş aparatının ilk dəfə olaraq İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini keçə bildiyi vurğulanıb.

Digər mühüm bir hadisəni isə İsrailin Müdafiə Naziri İsrael Kats açıqlayıb. Kats bildirib ki, İsrail ordusunun İranın Qum şəhərinə təşkil etdiyi hücum zamanı SEPAH-ın Qüds Qüvvələrinin Fələstin Birliyinin rəhbəri Səid İzadi öldürülüb. Bundan əlavə, İsrail dünən keçirdiyi hava hücumu zamanı İran İnqilab Keşikçiləri Ordusunun İkinci Pilotsuz Uçuş Aparatları Briqadasının komandiri Əmin Pur Cudakini də öldürdüyünü açıqlayıb.

Xatırladaq ki, İranda İsrailyönlü şəxslərə qarşı əməliyyatlar da davam edir. “Tesnim” xəbər agentliyinin məlumatına görə, Buşehr vilayətinin polis rəisi Heydər Suseni məsələ ilə bağlı açıqlama verib.

Suseni bildirib ki, aparılan izləmə və araşdırmalar nəticəsində, ictimaiyyəti təhrik etmək və xalqın psixoloji təhlükəsizliyini hədəfə almaq məqsədilə İsrailə dəstək verdikləri müəyyən edilən 9 nəfər saxlanılıb. İranlı rəsminin bildirdiyinə görə, həmin şəxslər artıq məhkəməyə təhvil verilib.

Digər tərəfdən, İranın Milli Təhlükəsizlik Ali Şurasının yazılı açıqlamasında bildirilib: “İsrail tərəfindən aldadılan və ya bilərəkdən sionist rejimlə hər hansı bir əlaqə quran şəxslər, 1 Tir (22 iyun) tarixinə qədər səlahiyyətli orqanlara müraciət etdikləri təqdirdə, İslam əfvi çərçivəsində cəzadan azad oluna bilərlər.”

Açıqlamada qeyd olunub ki, bu tarixə qədər təslim olmayan şəxslər hərbi vəziyyətdə düşmənlə əməkdaşlıq edən “beşinci kolon” kimi qiymətləndiriləcək və bu şəxslər casusluq və ya hərbi əməkdaşlıq ittihamları ilə ən ağır cəzalarla üzləşəcəklər.

Xüsusilə pilotsuz uçuş aparatları (PUA), rabitə cihazları, silah və ya digər hərbi avadanlıqla yaxalanan şəxslərlə bağlı dərhal hüquqi tədbir görüləcəyi bildirilib.

İsrailin 13 iyun tarixində İrana qarşı başlatdığı hücumlarda yüksək rütbəli iranlı şəxslər hədəf alınmışdı. İsrailin hücumlarına İran da qarşı hücumlarla cavab verib.

İsrail xüsusilə İranın paytaxtı Tehran və nüvə obyektlərinin yerləşdiyi əraziləri hədəf aldığı halda, İran isə Təl-Əviv və Hayfa kimi strateji şəhərlərə hücumlar təşkil edib.

Qarşılıqlı toqquşmaların nəticələri isə hər keçən gün daha da ağırlaşır.

Əvvəlki Yazı

İrandan son XƏBƏRDARLIQ – Sabaha qədər möhlət verildi

Növbəti Yazı

Suriyanın devrilmiş rejim rəhbəri Bəşər Əsədin əmisi oğlu saxlanıldı

XƏBƏR LENTİ

““Romantik tələ”yə düşməyin”: QHT Koalisiyasından müraciət

““Romantik tələ”yə düşməyin”: QHT Koalisiyasından müraciət

30 İyul 2025 / 18:26
1
Sənət və Əməkdaşlığın Bayramı: “Rənglərin sehri” sərgisi açıldı – FOTOLAR

Sənət və Əməkdaşlığın Bayramı: “Rənglərin sehri” sərgisi açıldı – FOTOLAR

30 İyul 2025 / 18:23
2
Rusiya zəlzələ və sunami ilə üzləşmiş Kamçatka bölgəsində “yüksək hazırlıq vəziyyəti” elan edib

Rusiya zəlzələ və sunami ilə üzləşmiş Kamçatka bölgəsində “yüksək hazırlıq vəziyyəti” elan edib

30 İyul 2025 / 16:47
20
Respublika Gənclər Kitabxanasında “İnsan alverinə səssiz qalma!” adlı material hazırlanıb

Respublika Gənclər Kitabxanasında “İnsan alverinə səssiz qalma!” adlı material hazırlanıb

30 İyul 2025 / 12:30
30
Sabirabadda 21 yaşlı oğlan yeniyetmə qızı öldürüb, Kürə atdı

Mingəçevirdə sərxoş kişi Kür çayında boğularaq ölüb

30 İyul 2025 / 10:19
3
Ankarada FETÖ əməliyyatı: 6 nəfər saxlanılıb

Ankarada FETÖ əməliyyatı: 6 nəfər saxlanılıb

30 İyul 2025 / 10:02
14
Rubio: Tramp Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyişin olmamasından məyus olub

“Bu cür emosional açıqlamalar əvvəllər də səslənib”-Sergey Qrabski

30 İyul 2025 / 9:26
25
8,8 bal gücündə zəlzələdən sonra Severo-Kurilsk şəhərinin bir hissəsi su altında qalıb

8,8 bal gücündə zəlzələdən sonra Severo-Kurilsk şəhərinin bir hissəsi su altında qalıb

30 İyul 2025 / 9:20
56
Toya nişanlısı ilə gələn gənc döyüldü

Şəkidə qətl hadisəsi baş verib

30 İyul 2025 / 8:51
56
Daha bir köç karvanı Cəbrayıl rayonuna yola salindi -Fotolar

Daha bir köç karvanı Cəbrayıl rayonuna yola salindi -Fotolar

30 İyul 2025 / 8:45
25
Prezident Ərdoğan: Qəzzalılar dünyanın gözü qarşısında öldürülür

Prezident Ərdoğan: Qəzzalılar dünyanın gözü qarşısında öldürülür

30 İyul 2025 / 8:37
34
Rusiyanın şərqində 8,8 bal gücündə zəlzələ baş verib

Rusiyanın şərqində 8,8 bal gücündə zəlzələ baş verib

30 İyul 2025 / 8:31
56
Yaponiyanın Sakit okean sahillərində hündürlüyü 3 metrə çatan sunami xəbərdarlığı edilib

Yaponiyanın Sakit okean sahillərində hündürlüyü 3 metrə çatan sunami xəbərdarlığı edilib

30 İyul 2025 / 8:27
39
Əlilliyi olan uşaq və gənclərin parataekvondo yarışı keçirildi – FOTOLAR

Əlilliyi olan uşaq və gənclərin parataekvondo yarışı keçirildi – FOTOLAR

29 İyul 2025 / 23:41
7
Azərbaycanlı idmançının böyük UĞURU: Həmyerlimiz İstanbulda qızıl medal qazandı – FOTOLAR

Azərbaycanlı idmançının böyük UĞURU: Həmyerlimiz İstanbulda qızıl medal qazandı – FOTOLAR

29 İyul 2025 / 23:29
57
“Zəngəzur dəhlizi məsələsi tarixi-siyasi kontekstdə” kitabının təqdimat mərasimi keçirilib – FOTOLAR

“Zəngəzur dəhlizi məsələsi tarixi-siyasi kontekstdə” kitabının təqdimat mərasimi keçirilib – FOTOLAR

29 İyul 2025 / 12:28
5
Qəzza xəstəxanalarında aclıq hökm sürür: Tibb bacıları huşunu itirirlər

Qəzza xəstəxanalarında aclıq hökm sürür: Tibb bacıları huşunu itirirlər

29 İyul 2025 / 9:48
36
Novxanı çimərliyində faciə-iki nəfər boğularaq ölüb

Xaçmazda bir nəfər dənizdə bataraq ölub

29 İyul 2025 / 9:36
45
Cəbrayıl rayonuna növbəti köç karvanı yola salındı

Daha bir köç karvanı Ağdamın Xıdırlı kəndinə yola salindi

29 İyul 2025 / 9:33
34
Həkimlər xəbərdarlıq edir: ChatGPT psixoz riski yaradır

Həkimlər xəbərdarlıq edir: ChatGPT psixoz riski yaradır

29 İyul 2025 / 9:29
29
 İsrail ordusu İordan çayının qərb sahilindəki Nablus şəhərində iki xəstəxananı mühasirəyə alıb

İsrailin Qəzzaya hücumları nəticəsində 89 fələstinli həlak olub

29 İyul 2025 / 9:26
35
Bu tüklü heyvan şizofreniya müalicəsinin açarını saxlaya bilər

Bu tüklü heyvan şizofreniya müalicəsinin açarını saxlaya bilər

29 İyul 2025 / 9:22
28
Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar YAYILDI

Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar YAYILDI

28 İyul 2025 / 20:36
3
Mark Avreli heykəli 65 ildən sonra vətəni Türkiyəyə qaytarıldı – FOTO

Mark Avreli heykəli 65 ildən sonra vətəni Türkiyəyə qaytarıldı – FOTO

28 İyul 2025 / 20:33
3
Lerikdə insan alverinə qarşı maarifləndirici tədbir keçirildi

Lerikdə insan alverinə qarşı maarifləndirici tədbir keçirildi

28 İyul 2025 / 20:28
10
Naxçıvanda polis işçisi vəfat edib

Naxçıvanda polis işçisi vəfat edib

28 İyul 2025 / 16:05
28
Respublika Gənclər Kitabxanasında “Oxu, öyrən, qazan” adlı layihə -Fotolar

Respublika Gənclər Kitabxanasında “Oxu, öyrən, qazan” adlı layihə -Fotolar

28 İyul 2025 / 15:52
55
Suriya Xalq Məclisində yerlərin sayı 210-a çatdırılacaq

Suriya Xalq Məclisində yerlərin sayı 210-a çatdırılacaq

28 İyul 2025 / 9:58
24
Böyük Britaniya Nazirlər Kabineti Qəzza ilə bağlı təcili iclas keçirəcək

Böyük Britaniya Nazirlər Kabineti Qəzza ilə bağlı təcili iclas keçirəcək

28 İyul 2025 / 9:54
28
Novxanı çimərliyində faciə-iki nəfər boğularaq ölüb

Novxanı çimərliyində faciə-iki nəfər boğularaq ölüb

28 İyul 2025 / 9:46
33
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.