Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Ali Təhsil Qurumları İmtahanı verəcək tələbələrə uğurlar arzulayıb.
Avropa.info xəbər verir ki, Əminə Ərdoğan sosial media hesabında bunları paylaşıb : “Əsl uğurun açarı içindəki inam və cəsarəti heç vaxt itirməməkdir. YKS alacaq bütün tələbələrimizə ürəkdən uğurlar arzulayıram. Əziz gənclər, həyatınızın bu mühüm dönüş nöqtəsində ümid edirəm ki, ürəyinizdə daşıdığınız ümidləri, arzuları və əzmi heç vaxt itirməyəcəksiniz”.