İranın paytaxtı Tehranın şərqindəki Semnan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
Avropa.info xəbər verir ki, İranın Milli Seysmoloji Mərkəzinin məlumatına görə, episentri Sorhe rayonunda olan 5,5 bal gücündə zəlzələ yerli vaxtla saat 21:19-da qeydə alınıb.
Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Zəlzələnin Tehranın şərqindəki rayonlarda da hiss olunduğu bildirilsə də, mümkün dağıntılar barədə məlumat verilməyib.