Rusiyanın “Davosu” kimi tanınan 28-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) Burkina-Fasonun energetika və dağ-mədən naziri Yakuba Zabre Qouba və Rosatom-un baş direktoru Aleksey Lixaçev Burkina Fasoda atom elektrik stansiyasının tikintisinə dair hökumətlərarası saziş imzalayıblar.
Burkina Faso Energetika və Mədən Nazirliyindən verilən yazılı açıqlamada, razılaşmanın atom elektrik stansiyasının qurulmasında mühüm hədd olduğu bildirilib.
Qeyd olunub ki, razılaşmanın ardınca Rusiya tərəfinin, xüsusilə Rosatom-un Burkina Faso tərəfindən qiymətləndiriləcək texniki və maliyyə təklifi təqdim etməsi gözlənilir.
Bildirilib ki, bu prosesin sonunda elektrik stansiyasının tikintisinin texniki detalları və mümkünlüyü ilə bağlı danışıqlara başlanılacaq.
Burkina Faso prezidenti İbrahim Traore 29 iyul 2023-cü ildə ölkəsinin Rusiya ilə mülki atom elektrik stansiyası qurmaq istədiyini açıqlayıb.