İranın paytaxtı Tehranda İsrailin “Mossad” kəşfiyyat xidmətinin daha bir agenti saxlanılıb.
Məlumata görə, agentdən pikap müsadirə edilib ki, bu pikapda o, əhəmiyyətli sayda kiçik dron-kamikadzelər daşıyıb.
Xatırladaq ki, daha əvvəl da İranın xüsusi xidmət orqanları Tehran-Qum şosesində partlayıcı maddələr daşıyan pikap tipli avtomobildə “Mossad” agentinin ələ keçdiyini bildirmiş və saxlanılması görüntülərini yaymışdı.