İsrail ordusu İranın paytaxtı Tehran ətrafındakı nüvə sentrifuqa və raket istehsalı obyektlərinə geniş hava zərbələri endirib.
Avropa.info xəbər verir ki, Ordudan verilən açıqlamada İranda bir çox silah istehsal edən müəssisələrin də hədəf alındığı iddia edilib.
Açıqlamada son bir neçə saat ərzində 50-dən çox təyyarə ilə Tehran və ətrafında “kəşfiyyat məlumatlarına əsaslanan silsilə hücumların” həyata keçirildiyi, İran paytaxtında uranın zənginləşdirilməsində istifadə edilən sentrifuqa istehsalı müəssisəsinin hədəfə alındığı bildirilib.
Bu çərçivədə İranın raket tutumu üçün yer-yer tipli raketlərin yığılması üçün xammal və komponentlərin istehsal edildiyi obyektə, hava hücumundan müdafiə raket komponentləri istehsal edən obyektə və bəzi silah istehsal müəssisələrinə hücum edildiyi iddia edilib.
Münaqişə İsrailin İrana şiddətli hücumları ilə başlayıb
İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə, eləcə də ordunun yüksək komandanlığına qarşı irimiqyaslı hücumlara başlayıb.
Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olduğu halda, mülki itkilərin ümumi sayının 224 olduğu açıqlanıb.
İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.
Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.