Prezident Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə telefonla danışıb. Görüşdə İsrail və İran arasında münaqişə, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Avropa.info xəbər verir ki, Rabitə Müdirliyinin sosial media hesabından verilən açıqlamaya görə, görüşdə İsrail və İran arasındakı münaqişə, ikitərəfli əlaqələr və regional məsələlər müzakirə edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan görüşdə İsrailin İrana hücumundan sonra başlayan münaqişə prosesi ilə bağlı intensiv diplomatik təmaslar apardığını, zorakılıq spiralına son qoymaq üçün səylərini davam etdirəcəyini, Netanyahunun bölgənin təhlükəsizliyinə ən böyük təhdid olduğunu bir daha göstərdiyini bildirib.
İsrailin hücumlarının Qəzzadakı humanitar böhran və soyqırımı kölgədə qoymasına icazə verilə bilməyəcəyini ifadə edən Ərdoğan, hadisələrin Suriyanı da əhatə etməsinə icazə verilməyəcəyini qeyd edib.