İsrail ordusunun İran dövlət televiziyasını vurduğu açıqlanıb.
Avropa.info xəbər verir ki, İran Radio və Televiziya Korporasiyası (IRİB) paytaxt Tehrandakı binalarının İsrail tərəfindən hədəf alındığını açıqlayıb.
Sosial mediada paylaşılan görüntülərdə hücumun dövlət televiziyasında yayımlanan proqram zamanı baş verdiyi görünür.
Qadın xəbər aparıcısı canlı televiziyada İsrailin hücumlarına reaksiya verərkən baş verən hücum studiyaya ciddi ziyan vurub.
Kadrlarda partlayış anı və yayım axınının kəsilməsi də əks olunub.