İrandan xarici ölkə vətəndaşlarının Astara sərhəd-gömrük məntəqəsindən Azərbaycan ərazisi vasitəsilə təxliyyəsi davam edir.
Avopa.info xəbər verir ki, artıq onlar arasında Qırğızıstandan olan 28 nəfərdən bir qismi Azərbaycan tərəfdədir.
Təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.
Onlar təxliyəyə görə Azərbaycana öz təşəkkürlərini bildiriblər.
