Aksarayda İhlara vadisindən havaya qalxan iki isti hava balonu qəzaya uğrayıb. İlkin məlumata görə, 1 nəfər ölüb, 19 nəfər yaralanıb.
Avropa.info xəbər verir ki, bölgənin turizm bölgələrindən biri olan İhlara vadisindən havaya qalxdıqdan az sonra iki isti hava şarı Gözlü Kuyu ərazisinə düşüb.
İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 19 nəfər yaralanıb.
Mərhumun şar pilotlarından biri olduğu bildirilib.