Naxçıvan Türkiyə ilə Sovetlər Birliyi arasında 16 mart 1921-ci ildə imzalanan Moskva anlaşması ilə, muxtar əraziyə sahib oldu və başqa bir dövlətə verilməmək şərtilə Azərbaycanın tərkibində qaldı. Türkiyə, 13 oktyabr 1921-ci ildə Sovetlər Birliyi, Azərbaycan, Ermənistan və Gürcüstan ilə imzalanan anlaşma ilə Naxçıvanın Azərbaycana bağlı muxtar respublika olaraq qalması qarantörü rolunda çıxış etdi. Azərbaycan ilə Naxçıvan arasındakı 43 kilometrlik yol Zəngəzur dəhlizi adlandırılır. Zəngəzur dəhlizi layihəsi isə bu bölgədən açılacaq quru və dəmir yolu vasitəsilə Azərbaycanı Naxçıvan Muxtar Respubkasına bağlıyacaq projenin adıdır. Daha geniş anlamda isə dəhliz Azərbaycanı Türkiyəyə bağlamağı hədəfləyir.
2020-ci ildə 2-ci Qarabağ savaşı bitdikdən sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzalamış olduqları 3 tərəfli bəyanatda kapitulyasiya aktına imza atdığı vaxtda Ermənistan üzərinə bir neçə maddədən ibarət öhdəlik götürüb.
Anlaşmanın 9-cu maddəsinə əsasən:
Naxçıvan ilə Azərbaycan arasında quru nəqliyyat yollarının açılması nəzərdə tutulur. Bu maddədə xüsusilə vurğulanır ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri açılmalıdır.
Ermənistan Respublikasının üzərinə götürdüyü öhdəliklər:
1.İnsanların, avtomobillərin, malların hər iki yöndə problemsiz hərəkətini təmin etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan MR arasında nəqliyyat bağlantılarının təhlükəsizliyini qaranti etməlidir.
2.Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını, Azərbaycanın qərb bölgələrinə bağlıyan yeni nəqliyyat əlaqələrinin inşası nəzərdə tutulur. Azərbaycan və Naxçıvan arasında açılacaq yeni nəqliyyat bağlantısı bu anlaşmanın ən önəmli maddələrindən biridir.
Zəngəzur dəhlizinin Azərbaycan üçün müsbət nəticələri:
- Ölkəmizin maddi cəhətdən büdcəsinə daxilolmalar artacaq.
2. Azərbaycanla Naxçıvan arasında insanların rahatgediş -gəlişi, malların alış-verişi üçün məsələlər asan yolla həll olunacaq.
3. Azərbaycan torpaqlarını birləşdirmiş olacaq.
4. Azərbaycan öz enerji qaynaqlarını və xüsusilədə Orta Asiyadakı, Xəzər bölgəsindəki digər ölkələrin enerji resurslarının Qərbə daşınmasında vacib rol oynuyan bir dövlətə çevriləcək.
Beynəlxalq ekspertlərin hesablamasına görə, yaxın 10 ildə Avropa ilə Asiya arasındakı ticarət dövriyyəsinin həcmi ildə 200 milyard dollar həcmində olacaq. Bu məbləğin çox olması daşınan yüklərin də həcminin artacağından xəbər verir. Yükdaşımalarının 10 faizi Zəngəzur dəhlizi vasitəsilə həyata keçirilərsə, Azərbaycan ildə 3 milyard dollardan artıq tranzit gəlir əldə etmək imkanına malik olacaq. Dəhlizin genişləndirilməsi və Orta Asiya respublikalarından başqa Çinin və Asiyanın digər ölkələrinin də Avropa ilə nəqliyyat əlaqəsi Zəngəzur dəhlizindən qurularsa, gəlirin həcmi 5 milyard dollara qədər arta bilər.
Azərbaycan espubliksına dəstək verən strateji partnyor və strateji müttəfiq Türkiyə Respublikası üçün müsbət nəticələri:
1. Türkiyə bu dəhliz vasitəsilə həm Azərbaycana, həm də Orta Asiyadakı Türk Respublikalarına daha asan istiqamət üzrə iqtisadi əlaqələri üst səviyyəyə qaldıraraq məsələləri realizə etmiş olacaq.
2. Zəngəzur dəhlizi reallaşandan sonra Naxçıvan-Qars dəmiryolu xəttinin inşası nəzərdə tutulur. Bu xüsusilədə Şuşa Bəyənnaməsində qeyd olunmuş cümlədir.
Dünyanın fövqəlgüc ölkəsi sayılan ABŞ Azərbaycanın yeni iqtisadi münasibətlər sistemindəki yerini yüksək dəyərləndirir. Ölkəmizin Orta Dəhlizin (Zəngəzur dəhlizin) inkişafına verdiyi töhfələri qiymətləndirir. ABŞ-ın Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi, ABŞ və xarici Ticarət Xidmətləri üzrə baş direktoru Arun Venkataraman media üçün brifinqdə bildirib ki, ABŞ Orta Dəhlizin inkişafını dəstəkləyir. Bu təşəbbüsün inkişafı, Orta Dəhlizin tam işlək vəziyyətə gətirilməsi ticarət imkanlarını, dövriyyəni artıracaq. “ABŞ bu təşəbbüsə logistika və nəqliyyat sahəsində təcrübəsini bölüşərək, ABŞ-ın özəl şirkətlərinin öz təcrübəsini fəal şəkildə bölüşməsi ilə dəstək verə bilər”, – o deyib.
Amerikalı rəsmi ölkəsinin özəl şirkətlərin hansı ölkəyə və ya regiona investisiya qoyacağını yönləndirmədiyini deyib. O qeyd edib ki, ölkəsi şirkətlərinin Azərbaycanın bütün bölgələrində fəaliyyətini dəstəkləyir.
Arun Venkataraman, həmçinin bildirib ki, ABŞ şirkətləri Azərbaycanın “yaşıl” enerji ilə bağlı uğurunda iştirakçı olmağa həvəs göstərir: “ABŞ şirkətləri Azərbaycanın “yaşıl” enerji ilə bağlı uğurunda, xüsusilə də külək və günəş enerjisində iştirakçı olmağa həvəs göstərir. Bütün bu sahələrlə yanaşı, kənd təsərrüfatı və qida, logistika, rəqəmsallaşma ilə bağlı birgə işləyə, ABŞ təcrübəsini ilə bölüşə bilər”.
Zəngəzur dəhlizi Rusiya və İran üçün də vacibdir. Çünki burada İranla Rusiya arasında əməkdaşlıq məsələləri mövcuddur. Türkiyə ilə Azərbaycan arasında yaxınlaşmanın əngəlləndiyi yerlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Bu məsələnin kökü uzunmüddətli geosiyasi proseslərə dayanır. Yeni reallıqlar kontekstində artıq Zəngəzur dəhlizinin açılması və Azərbaycan ilə Türkiyənin yaxınlaşması zərurət olduğu qədər də, gələcək perspektivlərə söykənən bir layihədir. Bu da bəzi ölkələrin və qlobal güclərin marağına uyğun gəlmir.
Buna görə də İran Zəngəzur dəhlizinə siyasi mövqeydən yanaşaraq Türkiyənin Azərbaycanla quru əlaqəsini və Azərbaycan ərazisindən Orta Asiyaya açılmasını öz milli birliyinə və ərazi bütövlüyünə təhlükə hesab edir.
Zəngəzur dəhlizi reallaşarsa bundan rahatsız olacaq dövlətlərdən biri İran Zəngəzur dəhlizinin açılması ilə İran-Ermənistan sərhəddinin aradan qalxacağını iddia edən rəsmi Tehran, həm də dəhlizin açlması ilə İranın Avropa ilə bağlantısının doğrudan kəsiləcəyi və bununla İranı Avropaya bağlıyacaq ən güvənli yol olan Qafqazı itirəcəyi və Avropaya çıxması üçün Türkiyə və Rusiyadan icazə almaq məcburiyyətində qalacağı irəli sürülür. Bu dəhlizin Rusiya Federasiyasının güc strukturları tərəfindən təhlükəsizliyin qorunması və bu güclərin İran sərhəddinə yerləşəcəyi də iranlı yetkililər tərəfindən qabardılan məsələlərdən biridir. Əgər Zəngəzur dəhlizi açılarsa İranın Azərbaycanı Naxçıvana bağlıyacaq tranzit ölkə olma özəlliyini itirəcəyi və bu vəziyyətin İranın önəmli coğrafi və geopolitik avantajlardan məhrum olacağı fikirlər arasındadı. Bu dəhlizin reallaşması fonunda İrana ehtiyac qalmadan Bakı ilə Naxçıvanı birbirinə bağlamaq mümkün olacağı kimi, türkmən qazının Azərbaycan üzərindən Avropaya daşınmasının da önü açılacaq. İranın Qafqazdan çıxarılacağı və bununla yanaşı “İranın Bir Kəmər Bir Yol ilə” Çindən Avropaya və Asiyaya gedən yollardan çıxarılmasına gətirib çıxarılacaq haqda fikrirlər irəli sürülür.
Həmçenin Rusiya tərəfindən təhlükəsizliyin təmin edilməsi bu projenin NATO projesi olaraq göstərilməsi rəsmi Tehranın arqumentlərinin gerçeklərə dayanmayan propaqandadan ibarət olduğu bir həqiqətdi. Zəngəzur dəhlizi açılarsa Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya daşınacağı İran qazına olan ehtiyacın azalacağı ilə bağlı olan düşüncələr də təəccüb doğurur. Çünki 12 avqust 2018-ci il tarixində Qazaxıstanın Aktau şəhərində imzalanan Xəzər dənizinin hüquqi statusu konvensiyasında Türkmənistan qazının Cənubi Qafqaz üzərindən Avropaya ixracatı qarşısında önəmli əngəllər var. Dolayısıyla türkmən qazının Xəzər dənizi üzərindən boru xətləri ilə Avropaya ixracatı İranın da aralarında olduğu sahilyanı ölkələrin icazəsi olmadan mümkün deyil.
Dəhlizdən ən çox narahat olan ölkə İrandır. İran öz narahatlığını “sərhədlərin dəyişdirilməsi” (Zəngəzurun Azərbaycana qaytarılması) ehtimalı üzərində qurmağa çalışsa da, aydındır ki, onun narahatlığının əsas mənbəyi 44 günlük müharibənin nəticələri, Türkiyənin bölgədə güclənməsidir. və onun prosesdən demək olar ki, tamamilə kənarlaşdırılması məsələsidir.
Zəngəzur Dəhliz Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İran arasında dəmir yolu şəbəkəsini genişləndirməyə imkan verəcək, həmçinin Asiya-Sakit okean regionundan Türkiyəyə Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı birləşdirən bir çox ticarət marşrutları açacaq. Bu, Şərq-Qərb dəhlizinin, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin və Xəzər nəqliyyat şəbəkəsinin daha da möhkəmlənməsinə töhfə verəcək. Bu, həm də Xəzər-Avropa neft-qaz kəmərləri sisteminin işini asanlaşdıracaq. Dəhlizin açılması Avropa İttifaqı, ABŞ, Rusiya və Çinin enerji təchizatı xətləri üçün mühüm rol oynayan regionun tranzit potensialını artıracaq.
Zəngəzur dəhlizi Avrasiyada yeni nəqliyyat layihəsinə çevrilə bilər. İraq artıq Zəngəzur dəhlizi layihəsinin iştirakçısı ola biləcəyini açıqlayıb. Şərqlə Qərbi birləşdirəcək Zəngəzur marşrutuna İraqın da qoşulması mümkündür.
Zəngəzur dəhlizinin perspektivliyi baxımdan ortaya qoyduğu imkanlar, bir çox dövlətlərin siyasi maraqları ilə bir müstəvidə yer alır. Belə ki, dəhlizin fəaliyyəti regiona gələcək iqtisadi dividendlərin sayını artıracaq, bölgənin rifahına zəmin yaradacaq. Bu təkcə logistik olaraq deyil, eyni zamanda regionda yaranacaq çoxvektorlu iş imkanların əməkdaşlıqlarına bir təkan olacaq.
İndiyə qədər olan məlumatlara əsasən, Zəngəzur dəhlizinin sərhəd dəyişikliyi layihəsi deyil, regional sülh və əməkdaşlıq mühitini gücləndirəcək nəqliyyat layihəsi olduğunu söyləmək mümkündür. Bu layihənin böyük ölçüdə Rusiyanın nəzarətində olması, erməni icmasındakı anti-türk əhval-ruhiyyəsi, bəzi xarici güclərin mənfi münasibəti və bəzi digər səbəblərə görə, onun reallaşması asan olmaya bilər. Lakin reallaşarsa, nəinki Azərbaycan və Ermənistan, yaxud Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya dördlüyü, hətta təkcə türk dünyası deyil, Şərq-Qərb ticarətinin demək olar ki, bütün iştirakçıları qazanacaq.
İranın Bakıdakı keçmiş səfiri Möhsün Pakayin Xəbər Online-a müsahibəsində Zəngəzur dəhlizi məsələyə toxunaraq bəyan etmişdir ki, əgər geosiyasi dəyişikliklər baş verməsə və İranın qırmızı xətlərinə əməl olunarsa, İran İslam Respublikası hətta bu layihədə iştirak etməklə Zəngəzur dəhlizinin dirçəldilməsinin faydalarından da yararlana bilər.
Azərbaycan artıq azad edilmiş ərazilərdə lazımi infrastrukturun bərpasına və yenidən qurulmasına başlayıb. Bu prosesdə Türkiyə, İtaliya və İsrail kimi müxtəlif ölkələrin şirkətləri fəal iştirak edir.
Göründüyü kimi, Azərbaycan Qarabağda sürətli bərpa işləri aparır. Bununla o, regional iqtisadi inteqrasiya prosesinə öz töhfəsini verir.
Əbülfəzl Zöhrəvənd, İranın İtaliya və Əfqanıstandakı keçmiş səfiri və Tehran xalqının İslami Şura Məclisindəki nümayəndəsi Zəngəzur və Araz koridorları haqda Tabnak xəbər saytına verdiyi müsahibədə söyləmişdir ki:
“Doğrudur, Aras keçidi açılmış ola bilər; Amma Zəngəzur dəhlizi məsələsi reallıqdır. Bölgədəki bu geosiyasi dəyişikliyin İrana ziyan vıracağı və Ermənistanla quru əlaqəmizə kölgə saldığı halda, onlar bu dəhlizi tikməyə çalışırlar. İran heç vaxt Zəngzorun tikintisinə icazə verməməlidir. Lazım olsa belə, hərbi münaqişəyə girməliyik.
Bu dəhliz hətta Ankara və NATO-nun keçə bilmədiyi qırmızı xətlərdən biridir. Bunun səbəbi Tehranla Moskvanın münasibətlərini quru sahədə nəzarətdə saxlamaq və iki ölkə arasında münasibətlərin inkişafının qarşısını almaq və İranın Qafqaz regionu ilə əlaqəsini tamamilə kəsməkdir. Bu məsələ İran üçün son dərəcə strateji əhəmiyyət kəsb edir və regionun geosiyasətində hər hansı dəyişiklik heç bir halda yolverilməzdir. Təbii ki, Ermənistanla münasibətlərimizdə təhlükəsiz-lik, iqtisadiyyat, ticarət, mədəni əlaqələr sahəsində olan layihələri müəyyən etməliyik və belə bir platformda heç vaxt Zəngəzur dəhlizinin yaradılmasına imkan verilməməlidir. ”
Zəngəzur dəhlizinə qarşı olan digər dövlətlərdən biri Hindistan Cənubi Qafqazda daha fəal rol oynamaq istəyir. Rəsmi Nyu-Dehli bunun üçün əsas tərəfdaş kimi Ermənistan ilə münasibətlərini inkişaf etdirməyə çalışır. Hindistan və İrəvan özlərini “təbii müttəfiqlər” kimi qələmə verirlər və bu ikitərəfli əlaqələrin geniş istifadə olunmamış potensialından istifadə etmək əzmində olduqlarını bildirirlər. Nyu-Dehli özünün artan iqtisadi iştahasını ödəmək üçün strateji tranzit və nəqliyyat martşrutlarının yaradılmasında maraqlıdır. Buna görə hindlilər daha çox Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin reallaşmasına çalışırlar. İkinci Qarabağ müharibəsindən sonra aktuallaşan Zəngəzur dəhlizinin açılması perspektivi Hindistanı narahat edir. Buna görə də Nyu-Dehli belə bir strateji nəqliyyat dəhlizinin açılmasına qarşı çıxır. Hindlilər düşünürlər ki, Türkiyənin Mərkəzi Asiya regionunda güclənməsi və oradan gələn nəqliyyat dəhlizinin Azərbaycandan keçərək, Zəngəzur dəhlizi ilə Türkiyə ərazisinə qədər uzanacaq yeni bir ticarət yolu yaratması birbaşa Hindistana təhlükə yaradır. Hind mətbuatı və politoloqları Ermənistanın ərazi bütövlüyü ilə yanaşı, Zəngəzur dəhlizinin bir-başa Şimal-Cənub Nəqliyyat Dəhlizinə təhdid yaradacağından da narahatdırlar. Bununla belə, hindlilər düşünürlər ki, Ermənistana hərtərəfli yardım göstərməklə Azərbaycanın və Türkiyənin, eləcə də strateji düşməni olan Pakistanın regionda əməkdaşlıq formatının zəiflətməsinə nail ola bilər. Buna görə də, təsadüfi deyil ki, 44 günlük müharibədən dərhal sonra Ermənistan ilə Hindistan arasında çoxsaylı silah və sursat satınalınması barədə müqavilələr imzalandı və rəsmi səviyyədə təmasların intensivliyi artdı. Hindistan Azərbaycan–Türkiyə–Pakistan üçlüyünə qarşı Hindistan–Yunanıstan–Ermənistan blokonu formalaşdırmağa can atır. Rəsmi Nyu-Dehli ehtimal edir ki, Ermənistan və Yunanıstan da türk-islam üçlüyünün regional çəkisinin artmasından narahatdırlar və hər iki ölkə Azərbaycanın müttəfiqi Türkiyə ilə birlikdə həyata keçirməyə çalışdığı Zəngəzur layihəsinə qarşı çıxış edəcək. Bu məsələdə Hindistan İranın da mövqeyinə bel bağlayır. Bu baxımdan Hindistanın İran və Ermənistan ərazisindən keçərək Avropaya uzanacaq ticarət dəhlizi yaratmaq istəyinin iqtisadi maraqlardan çox, siyasi görüntü yaratmağa hesablandığı və Pakistan–Azərbaycan–Türkiyə yaxınlığına yönəldiyini söyləyən mütəxəssislər az deyil.
Fransa Qərbi Zəngəzurda konsulluq açmaqla Azərbaycanın blokdan çıxarmaq istədiyi nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasına maneçilik törətməklə Avropa İttifaqı ilə də münasibətlərinə zərbə vurur. Çünki Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın deyil, bir çox ölkələrin, o cümlədən Avropa ölkələrinin də marağındadır.
ATƏT-in Minsk Qrupunun həmsədrləri olmasına baxmayaraq, Rusiya və Fransa bu gün Zəngəzur dəhlizinin açılmasında eyni mövqeyi göstərmirlər. Belə ki, Fransa dəhlizin açılmasına qarşı olduğu halda, digər həmsədr ölkə – Rusiya kommunikasiyaların bərpasında maraqlıdır.
Fransa 44 günlük İkinci Qarabağ müharibəsindən sonra öz mövqeyini daha açıq şəkildə bildirərək Azərbaycanın Ermənistana qarşı dəhşətli müharibə apardığını bəyan etdi. Fransa Senatının və Milli Assambleyasının ölkəmizin əleyhinə qərəzli, “Azərbaycan və digər regional aktorların Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmasını”, “Fransa hökumətindən Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin olunmasını”, “Ermənistana humanitar yardımın artırılmasını ” və s. bu kimi tələblərin irəli sürüldüyü qətnamə qəbul etməsi, ölkəmizə qarşı aqressiv mövqe nümayiş göstəricisidir.
İrandan sonra Fransa Gorusda konsulluq açmaq istəyir. Bütün bunlar onu deməyə əsas verir ki, istər İran, Fransa, Rusiya, yaxud da hər hansı bir dövlətin Zəngəzurda konsulluq açması Azərbaycanı öz mövqeyindən döndərməyəcək.
Alı Balayev,
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycan Respublikası tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent
Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən həyata keçirilən “Zəngəzur dəhlizi: müasirlik tarixi kontekstdə” adlı layihəsi çərçivəsində çap olunur.