Nigeriyanın şimal-qərbindəki Sokoto ştatında baş verən partlayış nəticəsində 6 nəfər ölüb.
Avropa.info-nun məlumatına görə Sokoto polisinin sözçüsü Əhməd Rufai verdiyi açıqlamada partlayışın kustar üsulla hazırlanmış partlayıcı qurğunun səbəb olduğu güman edilən əyalətin Qvabro kəndində baş verdiyini bildirib.
Rufai qeyd edib ki, partlayış nəticəsində 6 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.
Hadisə ilə bağlı istintaqın davam etdiyini vurğulayan Rufai partlayışla bağlı hər hansı təfərrüat açıqlamayıb.
Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror qruplarının hücumları ilə üzləşib .
Lakurava yanvar ayında ölkə hökuməti tərəfindən terror qruplaşması elan edilib.