16 - 09 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Mədəniyyət

“İncəsənət sərhəd tanımır” adlı sərgi-tədbir keçirildi – FOTO

İyun 9, 2025
Mədəniyyət
A A

Beynəlxalq Qalereya və Evento Qrup Fesilitanın birgə təşkilatçılığı ilə Azərbaycan və Hindistan mədəniyyətinə həsr olunmuş “İncəsənət sərhəd tanımır” adlı silsilə xarakterli rəsmi və bədii hissədən ibarət olan sərgi-tədbir təşkil olunub.

Avropa.info xəbər verir ki, sərgidə müxtəlif yaş qruplarından olan 200 rəssam 200 fərqli texnikada ərsəyə gətirilmiş əsərləri ilə iştirak edib.

Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçıları salamlayaraq bildirib:

“Azərbaycanla qədim mədəni və mənəvi yaxınlığa malik olan ölkələrdən biri də Hindistan olmuşdur. Çox zəngin və mədəni rəngarəngliyə malik bu ölkə ilə Azərbaycan arasında mədəni yaxınlaşma və əlaqələrin tarixinin qədim kökləri Tunc dövründən başlayır.

Qədim Hindistan incəsənəti özünün ənənəviliyi, duyulma qabiliyyəti və simvolikliyi ilə səciyyələnir. Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan, ən qədim sivilizasiyaların önündə gedərək zəngin tarixi-mədəni irsə malikdir.

Azərbaycanın qədim milli-mənəvi dəyərləri, təbiətinin füsunkarlığı sanki musiqiyə, sənət əsərlərinə hopub. Azərbaycan incəsənəti təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Qədim milli-mənəvi dəyərləri, ənənələrini özündə yaşadan Azərbaycan bu gün dünyada müxtəlif sivilizasiyaların qovşağı kimi tanınır.

Hər iki ölkə həm keçmişdən, həm də indiki dövrdən təsirlənən zəngin və müxtəlif mədəniyyətlərə malikdir.

Hindistanın Azərbaycandakı nümayəndəliyi ilə birgə təşkil olunan bugünkü sərgi-tədbirin də hər iki ölkə arasında əlaqələrin inkişafına və incəsənətə bir töhfə olacağına inanırıq”.

Sərginin Hindistan tərəfdən təşkilatçısı, Evento Qrup Fesilitanın direktoru Srujana Çandra qeyd edib ki, Beynəlxalq Qalereya ilə dəfələrlə uğurla layihələrə imza atıblar və bu layihələrin davamlı olacağına inandığını bildirib.

Sərginin layihə rəhbəri Aygün Əzizova tədbir iştirakçılarını ürəkdən salamlayaraq aşağıdakıları qeyd edib:

“Bugünkü sərgimiz “İncəsənət sərhəd tanımır” silsiləsindən Hindistan–Azərbaycan incəsənətinə həsr olunub. Beynəlxalq Qalereya olaraq hər zaman məqsədimiz beynəlxalq əlaqələrin inkişafı və incəsənətin təbliğidir. Bugünkü sərgidə də müxtəlif yaş qruplarından 200 rəssam 200 əsəri ilə iştirak edir.

Əsərlərin hər biri Hindistan və Azərbaycan incəsənətinin keçmişdən bu günümüzə qədərki inkişaf tarixini əks etdirir. Bu möhtəşəm gündə hər birinizə uğurlar arzu edirəm”.

Sərgidə rəsmi qonaq olan Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Mr. Srinivas Rao Javvadi bütün iştirakçıları salamlayaraq deyib ki, Hindistana və Azərbaycana öz sevgilərini nümayiş etdirmiş gənc və istedadlı rəssamlar arasında olmaq onun üçün çox xoşdur.

“Bu sənət əsərləri vasitəsilə gənc istedadlar hər iki ölkənin mədəniyyət və dəyərlərini birləşdirdi. Qız qalasının və Hindistan qapısının təsviri hər iki ölkəmizi birləşdirən oxşarlığı simvollaşdırır.
Gənc rəssamlara uğurlar arzulayıram. Sənətləri ilə hər iki xalqa sülh və firavanlıq gətirsinlər”, – deyə o əlavə edib.

Sərgi-tədbirdə həmçinin Hindistan səfirliyinin digər əməkdaşları — Mrs. Usha Javvadi, Mr. Raj Kumar Gupta, Mrs. Mamta Gupta və digər nümayəndələr də iştirak edib.

Sərgidə eyni zamanda çoxsaylı media nümayəndələri də yer alıb.

Sərginin bədii hissəsi Azərbaycan və Hind musiqiləri, əsrarəngiz rəqsləri ilə davam edib.

Sonda sərgi iştirakçıları sertifikatlarla təltif olunub və xatirə fotoları çəkilib.

Aygün Oqtay,
Video-operator: Çingiz Abdullayev,
Fotolar Camalındır

Əvvəlki Yazı

İsrail ordusunun Qəzzaya hücumu nəticəsində 39 Fələstinli həlak olub -Foto -Video

Növbəti Yazı

“Yaşamaq uğrunda mübarizə davam edir”

XƏBƏR LENTİ

Vətən – Mənim öz adım

Vətən – Mənim öz adım

16 Sentyabr 2025 / 20:44
5
30 min əsgərlə təlim: Rusiya və Belarus nəyə hazırlaşır?

30 min əsgərlə təlim: Rusiya və Belarus nəyə hazırlaşır?

16 Sentyabr 2025 / 17:56
2
İlham Rəhimovun kitabı bolqar dilində nəşr olundu – FOTO

İlham Rəhimovun kitabı bolqar dilində nəşr olundu – FOTO

16 Sentyabr 2025 / 17:52
3
Netanyahunun bəyanatına SƏRT REAKSİYA: “İsrail bölgədə ən böyük terrorçu dövlətdir”

Netanyahunun bəyanatına SƏRT REAKSİYA: “İsrail bölgədə ən böyük terrorçu dövlətdir”

16 Sentyabr 2025 / 17:49
5
“Ümumi dilçilik mühazirələri” tələbələrin ixtiyarına verilir

“Ümumi dilçilik mühazirələri” tələbələrin ixtiyarına verilir

16 Sentyabr 2025 / 16:44
35
Təyyarədə çirkli corablara bənzəyən qəribə qoxu: Fəlakət bundan sonra oldu

Təyyarədə çirkli corablara bənzəyən qəribə qoxu: Fəlakət bundan sonra oldu

16 Sentyabr 2025 / 2:07
6
ABŞ ordusu o ölkədən gələn gəmini vurdu – Əmri Tramp özü verdi – Ölənlər var

ABŞ ordusu o ölkədən gələn gəmini vurdu – Əmri Tramp özü verdi – Ölənlər var

16 Sentyabr 2025 / 1:54
5
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü – FOTO

“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü – FOTO

16 Sentyabr 2025 / 1:45
8
Gənc rəssamların Beynəlxalq Qalereyada qrup sərgisi keçirilib – FOTOLAR

Gənc rəssamların Beynəlxalq Qalereyada qrup sərgisi keçirilib – FOTOLAR

14 Sentyabr 2025 / 23:33
5
Gəncliyin qorunması: Güclü ailə, sağlam cəmiyyət və milli dəyərlər

Gəncliyin qorunması: Güclü ailə, sağlam cəmiyyət və milli dəyərlər

12 Sentyabr 2025 / 16:05
11
Azərbaycanda insan alveri ilə mübarizə gücləndirilir – AÇIQLAMA

QHT sədri: “Biz əminik ki, Prezidentimiz xalqla dövlətin arasında körpünü daha da gücləndirəcək”

10 Sentyabr 2025 / 14:54
11
İsraildən Türkiyəyə ədəbsiz TƏHDİD: Rəsmi Ankara sərt reaksiya verdi

İsraildən Türkiyəyə ədəbsiz TƏHDİD: Rəsmi Ankara sərt reaksiya verdi

09 Sentyabr 2025 / 22:27
20
Sentyabr günəşinin isti nəfəsi Türkiyənin möhtəşəm sahillərində

Sentyabr günəşinin isti nəfəsi Türkiyənin möhtəşəm sahillərində

09 Sentyabr 2025 / 22:14
7
DÇ-2026: Azərbaycan – Ukrayna qarşılaşması bu hesabla bitdi

DÇ-2026: Azərbaycan – Ukrayna qarşılaşması bu hesabla bitdi

09 Sentyabr 2025 / 22:10
4
Rusiyada təzyiqlər davam edir: Azərbaycanlı diaspor sədri seçkilərdən GERİ ÇƏKİLDİ

Rusiyada təzyiqlər davam edir: Azərbaycanlı diaspor sədri seçkilərdən GERİ ÇƏKİLDİ

09 Sentyabr 2025 / 22:07
5
Sənət və tarixin qovuşduğu layihə: Qobustanda “Vətənpərvərlik etüdləri” sərgisi – FOTOLAR

Sənət və tarixin qovuşduğu layihə: Qobustanda “Vətənpərvərlik etüdləri” sərgisi – FOTOLAR

09 Sentyabr 2025 / 22:05
9
Hava bu tarixdə kəskin dəyişir – Temperatur 10 dərəcə enəcək, sulu qar yağacaq – xəbərdarlıq

Hava bu tarixdə kəskin dəyişir – Temperatur 10 dərəcə enəcək, sulu qar yağacaq – xəbərdarlıq

09 Sentyabr 2025 / 21:56
6
Metroda gediş haqqı artacaq? – RƏSMİ AÇIQLAMA

Metroda gediş haqqı artacaq? – RƏSMİ AÇIQLAMA

09 Sentyabr 2025 / 12:47
3
Maaş kartları ilə bağlı YENİLİK

Maaş kartları ilə bağlı YENİLİK

09 Sentyabr 2025 / 12:19
7
Dövlət işləməyən şəxslərə pensiya verəcək – Yeni QAYDALAR

Pensiyalar sabah ÖDƏNİLƏCƏK

09 Sentyabr 2025 / 11:27
2
Milli Məclis toplaşır – Bu gün xüsusi iclas keçiriləcək

Deputatlar toplaşdı – Milli Məclisdə xüsusi iclas keçirilir

09 Sentyabr 2025 / 11:00
2
Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər?

Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər?

09 Sentyabr 2025 / 10:45
4
Prezident İlham Əliyev pilotların şücaətindən DANIŞDI

Azərbaycan Prezidenti: Beyin mərkəzlərinin araşdırmaları qlobal çağırışların həlli üçün mühüm zəmin yaradır

09 Sentyabr 2025 / 10:12
2
Ukraynanın sabiq XİN rəhbəri ölkədən qaçdı

Ukraynanın sabiq XİN rəhbəri ölkədən qaçdı

09 Sentyabr 2025 / 9:54
6
Milli Məclis toplaşır – Bu gün xüsusi iclas keçiriləcək

Milli Məclis toplaşır – Bu gün xüsusi iclas keçiriləcək

09 Sentyabr 2025 / 9:12
4
Deputatlar spikerə müraciət etdi – Milli Məclis təcili TOPLAŞIR

Minlərlə ailə BU ŞAD XƏBƏRİ gözləyir – Gözlər Milli Məclisdə!

09 Sentyabr 2025 / 9:10
12
Gərginlik artır: Bu ölkədən ABŞ-yə SƏRT REAKSİYA – FOTO

Gərginlik artır: Bu ölkədən ABŞ-yə SƏRT REAKSİYA – FOTO

09 Sentyabr 2025 / 9:06
4
Çanaqqala savaşını günbəgün yazdı – Türk əsgərinin xatirələri 110 ildən sonra ortaya çıxdı

Çanaqqala savaşını günbəgün yazdı – Türk əsgərinin xatirələri 110 ildən sonra ortaya çıxdı

09 Sentyabr 2025 / 8:58
7
Bakı-Abşeron mətbəxində simvolik dəfn – Unudulmuş bu yemək özündə nələri gizlədir?

Bakı-Abşeron mətbəxində simvolik dəfn – Unudulmuş bu yemək özündə nələri gizlədir?

09 Sentyabr 2025 / 8:22
6
Bu ölkədə GƏRGİNLİK: 600 nəfərlik qrupun girov götürdüyü 45 əsgər azad edildi

Bu ölkədə GƏRGİNLİK: 600 nəfərlik qrupun girov götürdüyü 45 əsgər azad edildi

09 Sentyabr 2025 / 8:11
7
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.