Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.
Avropa.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Danışıq zamanı Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq səyləri müzakirə olunub.
Məlumata görə, Fidan və Rutte iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammitinə hazırlıq mövzusuna da toxunublar.