20 - 12 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

 İsrail bayramın ikinci günü Qəzzaya hücum etdi: 78 fələstinli həyatını itirdi

İyun 8, 2025
Dünya
A A

İşğalçı İsrail ordusunun Qurban bayramının ikinci gününün səhər saatlarından etibarən Qəzzada başlatdığı hücumlarda aralarında uşaqların da olduğu ən azı 78 fələstinli həyatını itirib.

Avropa.info xəbər verir ki, 2023-cü il oktyabrın 7-dən etibarən Qəzzaya hücumlarında məcburi köçkün fələstinlilərin xəstəxana, məktəb, çadır kimi yerləri bombalayan  İsrail ordusu  Qurban bayramının ikinci günündə də mülki vətəndaşları hədəf alıb.

Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal bildirib ki, İsrail   döyüş təyyarələri  Qəzza şəhərinin  cənubundakı Sabra məhəlləsində “Əbu Şəriyə” ailəsinə məxsus üç mərtəbəli evi bombalayıb .

Basal hücumda 6-sı uşaq olmaqla 15 fələstinlinin həyatını itirdiyini, 50 nəfərin isə yaralandığını bildirib.

Dağıntılar altında qalanlar üçün xilasetmə işlərinin “son dərəcə məhdud resurslarla” davam etdiyini qeyd edən Basal, “Hədəf edilməmişdən əvvəl uşaqlar  binanın içində oynayırdılar  və bu, şəhid uşaq sayının artmasına səbəb olacaq” dedi.

“İsrailin qırğınlarını dayandırmaq üçün bütün dünya müdaxilə etməlidir”

Mülki Müdafiə sözçüsü, “Qurban bayramında belə dayanmayan, hətta günahsız uşaqları belə hədəf alan İsrail qırğınlarını dayandırmaq üçün bütün dünya müdaxilə etməlidir” dedi.

İsrailin Qəzza zolağının şimalındakı Cibaliya bölgəsində bir evi bombalaması nəticəsində 6 fələstinli həlak olub.

İsrail ordusunun Qəzza şəhərinin şərqindəki Tuffah məhəlləsində mülki əhalinin toplaşdığı ərazini pilotsuz təyyarə ilə hədəf alması nəticəsində 5 fələstinli, Deyr əl-Bələh şəhərində Əl-Durra stadionu yaxınlığında köçkünlərin məskunlaşdığı çadıra hücumda isə 2 fələstinli həlak olub.

Nasser Hospital qaynaqlarından alınan məlumata görə, İsrailin Xan Yunisin şərqindəki Beni Süheyla qəsəbəsinə pilotsuz uçuş aparatı (PUA) ilə təşkil etdiyi hücumda 6 fələstinli həyatını itirib.

Xan Yunisin qərbindəki Amal məhəlləsinə İsrail pilotsuz təyyarəsinin hücumu nəticəsində bir fələstinli ölüb, bir fələstinli isə yaralanıb.

İsrailin Qəzza zolağının şimalındakı Cibaliya Nazle bölgəsinə hücumu nəticəsində 8 fələstinli həyatını itirib.

Səhiyyə mənbələrindən əldə edilən məlumata görə, Qəzzanın şimalındakı Cibaliya bölgəsində İsrail ordusunun Fəluca bölgəsinə təşkil etdiyi hücumda 2 fələstinli həyatını itirib.

İsrail ordusunun Qəzzanın qərbində məcburi köçkün fələstinlilərin qaldığı evi bombalaması nəticəsində 7 fələstinli həlak olub.

İsrail ordusunun artilleriya birliklərinin şəhərin şimalındakı Səftavi məhəlləsində bir qrup fələstinlini hədəf almasından sonra “Subhi” ailəsinin iki üzvünün cənazələri Şifa xəstəxanasına gətirilib.

İsrail ordusunun Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsinin Əbu Şərah bölgəsində fələstinliləri hədəf aldığı hücumda 3 nəfər həlak olub.

 İsrail ordusunun Qəzzanın mərkəzindəki Bureyc Qaçqınlar Düşərgəsində  su tankerini bombalaması nəticəsində 3 fələstinli həlak olub.

Qatil İsrail kömək gözləyən mülki şəxslərə hücum edir

İsrail ordusunun Qəzzanın cənubundakı Rəfah şəhərində İsrail-ABŞ rəhbərliyindəki yardım paylama mərkəzinin yaxınlığında gözləyən dinc sakinlərə atəş açması nəticəsində 8 fələstinli ölüb, çoxlu sayda fələstinli yaralanıb.

İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan  Yunisin  Mavasi bölgəsində məcburi köçkün fələstinlilərin çadırını hədəf alması nəticəsində eyni ailədən 4 nəfər həyatını itirib .

İsrailin Mevasidə bir evi bombalaması nəticəsində biri uşaq olmaqla 3 nəfər həyatını itirib.

İsrail ordusunun Xan Yunisin şimal-qərbindəki Asda bölgəsində məcburi köçkün fələstinlilərin çadırlarını hədəf alması nəticəsində 1 nəfər ölüb, 30-dan çox adam yaralanıb.

Şəhərin qərbindəki Bir Zennun bölgəsində İsrail ordusuna məxsus pilotsuz təyyarənin hücumu nəticəsində bir qız ölüb, digərləri isə yaralanıb.

İsrail ordusunun Mevasidə məcburi köçkün fələstinlilərin çadırlarını bombalaması nəticəsində ən azı bir nəfər həlak olub.

Şahidlərin sözlərinə görə, İsrail ordusu Xan Yunisdəki binaları partladıb

Əvvəlki Yazı

Qaxda ağır qəza: yaralılar var – Foto

Növbəti Yazı

Bu gün 33 dərəcə isti gözlənilir

XƏBƏR LENTİ

Respublika Gənclər Kitabxanasında profesor Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Respublika Gənclər Kitabxanasında profesor Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

19 Dekabr 2025 / 22:16
34
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!

Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!

19 Dekabr 2025 / 17:15
3
“Qardaşlığımız Əbədidir” – Azərbaycan  və KKTC-ni birləşdirən rənglər

“Qardaşlığımız Əbədidir” – Azərbaycan və KKTC-ni birləşdirən rənglər

18 Dekabr 2025 / 19:41
147
“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir

“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir

18 Dekabr 2025 / 15:39
4
QHT Koalisiyasının təşəbbüsü ilə səhiyyə müəssisələrində insan alveri qurbanlarının erkən aşkarlanması gündəmə gətirilib

QHT Koalisiyasının təşəbbüsü ilə səhiyyə müəssisələrində insan alveri qurbanlarının erkən aşkarlanması gündəmə gətirilib

18 Dekabr 2025 / 13:07
5
“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

17 Dekabr 2025 / 18:53
8
Respublika Gənclər Kitabxanasında “Osman Sarıvəlli – 120” adlı biblioqrafik vəsait istifadəçilərə təqdim edilib

Respublika Gənclər Kitabxanasında “Osman Sarıvəlli – 120” adlı biblioqrafik vəsait istifadəçilərə təqdim edilib

16 Dekabr 2025 / 18:24
33
“Nar” Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi!

“Nar” Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi!

16 Dekabr 2025 / 17:18
5
Ermənistana  qarşı ərazi iddiasında deyilik,  amma o torpaqlar bizi istəyir – Deputat

Ermənistana qarşı ərazi iddiasında deyilik, amma o torpaqlar bizi istəyir – Deputat

16 Dekabr 2025 / 17:04
10
“Bakcell” texnoblogerlər üçün “Media Tech” təlimini həyata keçirdi

“Bakcell” texnoblogerlər üçün “Media Tech” təlimini həyata keçirdi

16 Dekabr 2025 / 16:21
6
Kosmik hüquq və təhlükəsizlik: Azərbaycan qlobal səhnədə məsuliyyətli aktor kimi çıxış edir

Kosmik hüquq və təhlükəsizlik: Azərbaycan qlobal səhnədə məsuliyyətli aktor kimi çıxış edir

16 Dekabr 2025 / 12:29
46
Şans paketi əldə et və Bakcell-dən “Porsche Cayenne” qazan!

Şans paketi əldə et və Bakcell-dən “Porsche Cayenne” qazan!

15 Dekabr 2025 / 18:25
6
“ÖNCƏ VƏTƏN” layihəsində: Mən ŞƏHİD olacağam, ana… – FOTOLAR

“ÖNCƏ VƏTƏN” layihəsində: Mən ŞƏHİD olacağam, ana… – FOTOLAR

15 Dekabr 2025 / 11:20
52
Respublika Gənclər Kitabxanasında Dünya Türk Dili Ailəsi Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb

Respublika Gənclər Kitabxanasında Dünya Türk Dili Ailəsi Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb

15 Dekabr 2025 / 11:12
33
Respublika Gənclər Kitabxanasında Xalq artisti Rəşid Behbudovun xatirəsi anılıb

Respublika Gənclər Kitabxanasında Xalq artisti Rəşid Behbudovun xatirəsi anılıb

15 Dekabr 2025 / 11:10
29
Onun bizə miras qoyduğu idealları yaşatmağı özümüzə şərəf bilirik – Deputat

Onun bizə miras qoyduğu idealları yaşatmağı özümüzə şərəf bilirik – Deputat

13 Dekabr 2025 / 18:28
11
Müasir Azərbaycan dövlətçiliyinin uğurlarının banisi

Respublika Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən silsilə materiallar hazırlanıb

12 Dekabr 2025 / 20:07
47
Müasir Azərbaycan dövlətçiliyinin uğurlarının banisi

Müasir Azərbaycan dövlətçiliyinin uğurlarının banisi

12 Dekabr 2025 / 10:58
6
Azərbaycan xalginin taleyində həlledici rol oynamis əlamətdar günlər məhz Heydər Əliyevin adi ilə baglidir

Xilaskarlıq missiyası və dövlətçilik ideyalarının möhkəmləndirilməsi

12 Dekabr 2025 / 10:53
19
“Nar”ın “Çoox Şanslı” lotereyasında 7-ci avtomobil uduldu

“Nar”ın “Çoox Şanslı” lotereyasında 7-ci avtomobil uduldu

11 Dekabr 2025 / 17:12
3
Respublika Gənclər Kitabxanasında Zemfira Məhərrəmlinin yubileyi münasibətilə elektron məlumat baza hazırlanıb

Respublika Gənclər Kitabxanasında Zemfira Məhərrəmlinin yubileyi münasibətilə elektron məlumat baza hazırlanıb

11 Dekabr 2025 / 16:01
25
Paşinyanın təyyarəsinə Moskva hava limanında enişinə icazə verilmədi

Paşinyanın təyyarəsinə Moskva hava limanında enişinə icazə verilmədi

11 Dekabr 2025 / 12:01
4
“Bakcell” lotereyasının final sürprizi – “Porsche Cayenne” qalibi ola bilərsən!

“Bakcell” lotereyasının final sürprizi – “Porsche Cayenne” qalibi ola bilərsən!

11 Dekabr 2025 / 11:55
9
Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

10 Dekabr 2025 / 12:28
32
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir

Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir

09 Dekabr 2025 / 13:51
11
“Qış Nağılı” sərgisi: Həmrəyliyin və sənətin vəhdəti

“Qış Nağılı” sərgisi: Həmrəyliyin və sənətin vəhdəti

09 Dekabr 2025 / 12:00
11
“Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı

“Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı

08 Dekabr 2025 / 13:43
4
“Mənim ana dilim – mənim varlığım” adlı poeziya gecəsi keçirilib

“Mənim ana dilim – mənim varlığım” adlı poeziya gecəsi keçirilib

08 Dekabr 2025 / 13:40
23
Leyla Fətəliyeva 9-cu lüks avtomobilin sahibi oldu!

Leyla Fətəliyeva 9-cu lüks avtomobilin sahibi oldu!

08 Dekabr 2025 / 13:40
8
Gənclər Kitabxanasından Xalq yazıçısı Kamal Abdullanın 75 illiyinə töhfə

Gənclər Kitabxanasından Xalq yazıçısı Kamal Abdullanın 75 illiyinə töhfə

04 Dekabr 2025 / 13:33
17
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.