Sivasda bədəninə yapışan gənələri düzgün olmayan üsullarla çıxardığı deyilən şəxs Krım-Konqo Qanamalı Qızdırması (KKKA) diaqnozu ilə müalicə aldığı xəstəxanada həyatını itirib.
Avropa.info-nun məlumatına görə, Zara rayonunun Şerefiye qəsəbəsinin Gölbaşı kəndində yaşayan Yavuz Vural təxminən 10 gün əvvəl bədəninə yapışmış 3 gənəni öz vasitəsi ilə çıxarıb.
Bir müddət sonra halı pisləşən Vural Sivas Cümhuriyyət Universiteti Xəstəxanasına müraciət edib. KKKA diaqnozu qoyulan Vural bütün müdaxilələrə baxmayaraq xilas ola bilmədi.
Bununla da Sivasda 2025-ci ildə KKKA virusundan həyatını itirənlərin sayı 6-ya çatıb.