Türkiyənin Qaziantep bölgəsinin İslahiyə rayonunda güclü meşə yanğını baş verib.
Avropa.info xəbər verir ki, yanğın 5 hektar sahəni əhatə edib. Yanğını söndürmək üçün əraziyə 2 helikopter, yanğınsöndürən maşınlar cəlb edilib.
2 saatdan çox davam edən yanğını söndürmək mümkün olub.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.