2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinə hazırlaşan Azərbaycan millisi bu gün növbəti yoxlama matçına çıxacaq.
Avropa.info xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu komandamız Riqadakı “Skonto” stadionunda Latviya millisi ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qarşılaşmanı Farruca Kan Trastinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıda Macarıstan komandası ilə də yoxlama oyunu keçirəcək. Bu, millimizin DÇ-2026 üçün son hazırlıq görüşü olacaq.