Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avropa .info-nun məlumatına görə hadisə rayonun Abbasbəyli kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan BMW markalı minik avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini yol kənarındakı divara çırpıb.
Nəticədə avtomobildə olan dörd nəfər hadisə yerindəcə həyatını itirib.
Avropa.info xəbər verir ki, ölən şəxslər, Fərəhli kənd sakinləri – avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyevdir.
Faktla bağlı araşdırma aparılır.