Prezident Rəcəb Tayyib Ərdoğan Malayziyanın baş naziri Ənvər İbrahimlə telefonla danışıb. Görüşdə Türkiyə ilə Malayziya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Avropa.info xəbər verir ki, Rabitə İdarəsi prezident Rəcəb Tayyib Ərdoğanın Malayziyanın baş naziri Ənvər İbrahim ilə telefon danışığı apardığını açıqlayıb.
Görüşdə Türkiyə ilə Malayziya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan görüş zamanı Türkiyə ilə Malayziyanın hər sahədə əməkdaşlığı inkişaf etdirməyə davam edəcəyini bildirib.
Prezident Ərdoğan, həmçinin Malayziyanın baş naziri İbrahimi Qurban bayramı münasibətilə təbrik edib.