İsrail ordusu Qəzza zolağının şimalından cənub bölgələrinə zorla köçürülən fələstinlilərdən evlərinə qayıtmamağı xahiş edib.
Avropa.info xəbər verir ki, İsrail Ordusunun sözçüsü Aviçay Adraee X hesabında fələstinlilərin zorla cənuba köçürüldüyü Qəzza zolağının şimal bölgələrinin bloklara bölündüyü və qırmızı ilə işarələndiyi xəritəni paylaşıb.
Adraee bildirib ki, Qəzza zolağının şimal hissəsini təşkil edən Beyt Lahiya, Beyt Hanun, Cibaliya və ətraf qəsəbələrdəki evlərinə qayıtmaq istəyən fələstinlilər şimala getməməlidir.
İsrail ordusu bundan əvvəl Qəzzanı daimi olaraq işğal etmək üçün hərtərəfli hücuma başladığını elan etmişdi.
İsrail Qəzza zolağının işğalını genişləndirmək və daimi etmək üçün hücum planının bir hissəsi olaraq fələstinliləri Qəzzanın cənubundakı “konsentrasiya düşərgələrinə” sıxışdırmaq üçün tez-tez “evakuasiya əmrləri” verir.