Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinin Tacikistan Prezidenti ilə görüşündə iştirak edib.
Avropa.info xəbər verir ki, bu barədə Nazirlər kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tacikistanın paytaxtı Düşənbə şəhərinə işgüzar səfəri çərçivəsində MDB Hökumət Başçıları Şurasının üzvlərinin Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhmanla görüşündə iştirak edib