Balakəndə atasını qətlə yetirən yeniyetmə oğlanın anası və böyük qardaşı da həbs edilib.
Avropa.info xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onlar törədilən cinayəti gizlətməkdə təqsirli biliniblər.
Bu dəhşətli hadisə 2 il əvvəl, dekabr günlərinin birində baş verib. 15 yaşlı yeniyetmə anasını bıçaqla öldürmək istəyən atası Qəhrəman Bayramovun başına balta ilə vuraraq onu qətlə yetirib.
Hadisədən sonra anası Arzu Bayramova və 22 yaşlı qardaşı İlyas Bayramov onun məsuliyyətdən yayınması üçün cinayətin izlərini gizlətməyə qərar veriblər. Onlar əvvəlcə cinayət alətini gizlədib. Meyiti isə gecə saatlarında rayon ərazisindən keçən Mazımçaya atıblar.
Amma cinayətin üstü tez açılıb. Bir neçə gün sonra meyit çayın kənarına çıxıb, bununla da ailənin planı pozulub