Ağdamda orta məktəb müəllimi bıçaqlanıb.
Avropa.info-nun məlumatına görə, hadisə ötən gün rayonun Zəngişalı kəndində baş verib. Kənd sakini 1984-cü il təvəllüdlü Nərimanov Əsəd Gülmalı oğlu mübahisə zamanı həmyerlisi Vasif Səfərov tərəfindən avtomobildə bıçaqlanıb.
Ə.Nərimanov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Müayinə zamanı məlum olub ki, Ə.Nərimanov qarın boşluğundan, omba hissəsindən, başından və əllərindən xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilərək paytaxta yerləşən xəstəxanalardan birinə göndərilib.
Qeyd edək ki, Əsəd Nərimanov Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbində bədən tərbiyəsi üzrə müəllim işləyir.
Hadisənin baş vermə səbəbi məlum deyil.
Faktla bağlı araşdırma davam etdirilir.