Cənubi Koreya Respublikasının yeni prezidenti seçilib.
Avropa.info TASS-a istinadən xəbər verir ki, bu haqda ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Belə ki, Toburo Demokratik Partiyasından olan namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.
Səslərin təqribən 95%-nin hesablanmasından sonra Cənubi Koreya mediası artıq Li Çje Myonun qələbəsinin təmin olunduğunu bəyan edib.
Hakim mühafizəkar Vətəndaş Gücü Partiyasının namizədi Kim Mun Su isə 41,1% səs toplayıb.
Cənubi Koreya KİV-ləri qeyd ediblər ki, Li Çje Myonun səlahiyyət müddəti MSK sədrinin plenar iclasda seçilmiş prezidenti elan etdiyi vaxt başlayacaq.