27 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Karatepe-Aslantaş yazıları UNESCO-nun “Dünyanın yaddaşı” Reyestrinə daxil edildi

İyun 4, 2025
Dünya
A A

Türkiyənin cənubundakı Osmaniyə vilayətində yerləşən Karatepe-Aslantaş Açıq Hava Muzeyinin qədim ikidilli yazıları bu yaxınlarda UNESCO-nun “Dünyanın Yaddaşı” Reyestrinə salınıb.

Avropa.info-nun məlumatına görə, qədim Kilikiyaya aid olan və təxminən 2800 il yaşı olan bu yazılar Anadolunun heroqlifləri və Finikiya dili ilə yazılıb. Karatepe-Aslantaş Açıq Hava Muzeyində yerləşən yazılar, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmaq üçün gözləmə siyahısında olan Türkiyənin ilk açıq hava muzeyində qorunur. Yazıların UNESCO reyestrinə daxil edilməsi, Türkiyənin zəngin mədəni irsinin davamlılığını təmin etmək istiqamətində göstərdiyi qoruma səylərinin bariz göstəricisidir.

UNESCO-nun “Dünyanın Yaddaşı” Reyestrində Karatepe-Aslantaş yazıları “bir hökmdarın nailiyyətlərini əks etdirən res gestae janrında qabaqcıl nümunə” kimi təsvir olunur. Bəyanatda deyilir: “Bu yazıların dil baxımından əhəmiyyəti bənzərsizdir. Onlar həm Sami mənşəli Finikiya dilində, həm də yerli Luvi dilində yazılmış ən erkən uzun mətnlərdən birini ehtiva edir. Hər iki dil müasir əlifbaların formalaşmasına töhfə verib”. Eyni zamanda, UNESCO-nun açıqlamasında “yerli əhali ilə Karatepe abidəsi arasında mövcud olan emosional bağ” da xüsusi vurğulanır.

Yeni Hittit irsi: Luvi yazısının sirlərinin açılmasında əlamətdar addım

Karatepe-Aslantaş Açıq Hava Muzeyi, Osmaniyenin Kadirli rayonundan təxminən 24 kilometr şərqdə yerləşən eyniadlı milli parkın ərazisində yerləşir. Bu ərazi, Anadolu ərazisində Geç Hittit Dövründə mövcud olmuş Adanava (Ḫiyawa) şəhər-dövlətinin sərhəd qalası olub. Qala eramızdan əvvəl VIII əsrdə, özünü “bu bölgənin hakimi” kimi tanıdan Azatiwatas tərəfindən şimaldan gələn hücumlara qarşı şəhəri qorumaq məqsədilə inşa olunub. Təxminən e.ə. 700-cü illərdə qalanın Assurlar tərəfindən yandırılıb dağıdıldığı ehtimal olunur.

Karatepe-Aslantaşın arxeologiya dünyasında bu qədər əhəmiyyətli hala gəlməsinin başlıca səbəbi onun ikidilli yazılarıdır. Finikiya və Luvi dillərində yazılmış bu mətnlər, qalanın zəngin bəzədilmiş qapılarındakı bazalt stel və relyeflər üzərində yer alır. Bu yazılar, həmin dillərdə məlum olan ən uzun ikidilli mətnlər hesab olunur və Luvi heroqliflərinin deşifrə edilməsində həlledici rol oynamışdır.

Karatepe-Aslantaş yazıları yalnız Hittit dilinin oxunmasında mühüm mərhələ yaratmaqla kifayətlənmir, eyni zamanda Yeni Hittit tarixinin izlərini də yaşadır. Bu yazılar, Dəmir Dövründə Şərqi Aralıq dənizi bölgəsindəki sosial və siyasi vəziyyətə unikal bir baxış imkanı yaradır. Məsələn, Azatiwatasın inşa etdirdiyi müdafiə istehkamları haqqında məlumat verən yazılarda, onun bölgədə iqtisadi və siyasi sabitliyi təmin etdiyi, eyni zamanda qadınların cəmiyyətdə aktiv rol oynadığı bir mühit formalaşdırdığı qeyd olunur.

Əvvəlki Yazı

“Uşaqların Rəngli Dünyası” adlı Uşaq Festivalı keçirildi – FOTO

Növbəti Yazı

Zəngəzur dəhlizinin müasir əhəmiyyəti

XƏBƏR LENTİ

HƏMAS: İsrailin müdaxiləsi bəşəriyyətin iradəsinə açıq-aşkar etiraz və pirat cinayətidir

HƏMAS: İsrailin müdaxiləsi bəşəriyyətin iradəsinə açıq-aşkar etiraz və pirat cinayətidir

27 İyul 2025 / 9:41
23
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda

26 İyul 2025 / 19:55
4
TAYFUN BLOK-4 sınaq atışlarına hazırlaşır

TAYFUN BLOK-4 sınaq atışlarına hazırlaşır

26 İyul 2025 / 16:25
14
Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb-İRİA

Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb-İRİA

26 İyul 2025 / 16:16
22
İstanbulda mütəşəkkil cinayətkarlığa qarşı əməliyyat: 21 həbs

İstanbulda mütəşəkkil cinayətkarlığa qarşı əməliyyat: 21 həbs

26 İyul 2025 / 10:39
32
Bakıda Zavodun liftində faciə -ölən var

Bakıda Zavodun liftində faciə -ölən var

26 İyul 2025 / 10:35
27
Gəncədə icra hakimiyyətinin əməkdaşları döyülüb

Gəncədə icra hakimiyyətinin əməkdaşları döyülüb

26 İyul 2025 / 10:30
21
İtaliyanın Siciliya bölgəsində baş verən meşə yanğınlarının söndürülməsi üçün işlər davam edir.

İtaliyanın Siciliya bölgəsində baş verən meşə yanğınlarının söndürülməsi üçün işlər davam edir.

26 İyul 2025 / 9:38
17
Türkiyə Balkanlar üçün yeni dialoq platformasını işə salır

Türkiyə Balkanlar üçün yeni dialoq platformasını işə salır

26 İyul 2025 / 8:27
52
Prezident Ərdoğan: Bir həftə ərzində Putin və Trampla görüşə bilərəm-Video

Prezident Ərdoğan: Bir həftə ərzində Putin və Trampla görüşə bilərəm-Video

25 İyul 2025 / 17:31
41
Avropa yandırıcı isti və alovla mübarizəsini davam etdirir

Avropa yandırıcı isti və alovla mübarizəsini davam etdirir

25 İyul 2025 / 17:24
28
ABŞ rəsmiləri gəmilərin İran raketlərinə qarşı müdafiə üçün istifadə edildiyini bildirir

İsrail–İran münaqişəsi ABŞ-nin raket ehtiyatındakı çatışmazlığı üzə çıxardı” – ABŞ nəşri

25 İyul 2025 / 14:08
30
“Azərbaycan səfərinin ikinci görkəmli iştirakçısı da cəzalandırılacaq”-Sergey Markov

“Azərbaycan səfərinin ikinci görkəmli iştirakçısı da cəzalandırılacaq”-Sergey Markov

25 İyul 2025 / 12:49
40
Antalyada meşə yanğını: Havadan və qurudan müdaxilə

Antalyada meşə yanğını: Havadan və qurudan müdaxilə

25 İyul 2025 / 12:35
30
İran və Avropa ölkələri nüvə müzakirələri üçün İstanbulda görüşür

İran və Avropa ölkələri nüvə müzakirələri üçün İstanbulda görüşür

25 İyul 2025 / 12:11
40
Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır

Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır

25 İyul 2025 / 10:55
43
Vəzifəsindən azad olunan Qusman Prezident İlham Əliyevdən nə soruşmuşdu?

Vəzifəsindən azad olunan Qusman Prezident İlham Əliyevdən nə soruşmuşdu?

25 İyul 2025 / 10:00
35
İsrailin Qəzzaya hücumu nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzzaya hücumu nəticəsində daha bir jurnalist həlak olub

25 İyul 2025 / 9:51
25
Ali Məhkəmə 4 yaşlı Leyla Aydemirin ölümü ilə bağlı qərarı ləğv edib

Ali Məhkəmə 4 yaşlı Leyla Aydemirin ölümü ilə bağlı qərarı ləğv edib

25 İyul 2025 / 9:15
60
Rubio: Tramp Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyişin olmamasından məyus olub

Tramp TikTok-u hədələyir: Satışlar təsdiqlənməsə, ABŞ-da qadağan olunacaq

25 İyul 2025 / 9:11
37
Goranboyda dəhşətli qətl: Ana və nənə öldürüldü

Goranboyda dəhşətli qətl: Ana və nənə öldürüldü

25 İyul 2025 / 8:53
122
İsrail və Suriya son 25 ildə ilk dəfə masa arxasinda

İsrail və Suriya son 25 ildə ilk dəfə masa arxasinda

25 İyul 2025 / 8:46
48
Ağdam və Cəbrayıla yeni köc karvanı yola düşüb -Fotolar

Ağdam və Cəbrayıla yeni köc karvanı yola düşüb -Fotolar

25 İyul 2025 / 8:38
57
İsrail Fransanın Fələstin dövlətini tanımaq qərarına qarşı təhdid bəyanatları yayıb

İsrail Fransanın Fələstin dövlətini tanımaq qərarına qarşı təhdid bəyanatları yayıb

25 İyul 2025 / 8:31
44
Tailand-Kamboca sərhədində toqquşmalar davam edir: 100 min dinc sakin təxliyə edilib

Tailand-Kamboca sərhədində toqquşmalar davam edir: 100 min dinc sakin təxliyə edilib

25 İyul 2025 / 8:26
52
Kadırov Bodrumda Xəstəxanaya yerləşdirildi-Dənizdə boğulmuş

Kadırov Bodrumda Xəstəxanaya yerləşdirildi-Dənizdə boğulmuş

24 İyul 2025 / 20:10
30
“Bayquş və qarovulçu” – Hekayə

Səssizliyin səsi: İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” hekayəsinin daxili ahəngi

24 İyul 2025 / 18:20
31
Somalını xatırladan Zərdab rayonu

Somalını xatırladan Zərdab rayonu

24 İyul 2025 / 18:17
190
“Qəbələ mənzərələri” etüd-sərgisi vətənpərvərlik ruhunda yadda qaldı – FOTO

“Qəbələ mənzərələri” etüd-sərgisi vətənpərvərlik ruhunda yadda qaldı – FOTO

24 İyul 2025 / 17:46
15
İsrail mediası: Təl-Əviv Türkiyənin Eurofighter döyüş təyyarələri almasını narahatlıqla izləyir

İsrail mediası: Təl-Əviv Türkiyənin Eurofighter döyüş təyyarələri almasını narahatlıqla izləyir

24 İyul 2025 / 14:00
25
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.