30 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Karatepe-Aslantaş yazıları UNESCO-nun “Dünyanın yaddaşı” Reyestrinə daxil edildi

İyun 4, 2025
Dünya
A A

Türkiyənin cənubundakı Osmaniyə vilayətində yerləşən Karatepe-Aslantaş Açıq Hava Muzeyinin qədim ikidilli yazıları bu yaxınlarda UNESCO-nun “Dünyanın Yaddaşı” Reyestrinə salınıb.

Avropa.info-nun məlumatına görə, qədim Kilikiyaya aid olan və təxminən 2800 il yaşı olan bu yazılar Anadolunun heroqlifləri və Finikiya dili ilə yazılıb. Karatepe-Aslantaş Açıq Hava Muzeyində yerləşən yazılar, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmaq üçün gözləmə siyahısında olan Türkiyənin ilk açıq hava muzeyində qorunur. Yazıların UNESCO reyestrinə daxil edilməsi, Türkiyənin zəngin mədəni irsinin davamlılığını təmin etmək istiqamətində göstərdiyi qoruma səylərinin bariz göstəricisidir.

UNESCO-nun “Dünyanın Yaddaşı” Reyestrində Karatepe-Aslantaş yazıları “bir hökmdarın nailiyyətlərini əks etdirən res gestae janrında qabaqcıl nümunə” kimi təsvir olunur. Bəyanatda deyilir: “Bu yazıların dil baxımından əhəmiyyəti bənzərsizdir. Onlar həm Sami mənşəli Finikiya dilində, həm də yerli Luvi dilində yazılmış ən erkən uzun mətnlərdən birini ehtiva edir. Hər iki dil müasir əlifbaların formalaşmasına töhfə verib”. Eyni zamanda, UNESCO-nun açıqlamasında “yerli əhali ilə Karatepe abidəsi arasında mövcud olan emosional bağ” da xüsusi vurğulanır.

Yeni Hittit irsi: Luvi yazısının sirlərinin açılmasında əlamətdar addım

Karatepe-Aslantaş Açıq Hava Muzeyi, Osmaniyenin Kadirli rayonundan təxminən 24 kilometr şərqdə yerləşən eyniadlı milli parkın ərazisində yerləşir. Bu ərazi, Anadolu ərazisində Geç Hittit Dövründə mövcud olmuş Adanava (Ḫiyawa) şəhər-dövlətinin sərhəd qalası olub. Qala eramızdan əvvəl VIII əsrdə, özünü “bu bölgənin hakimi” kimi tanıdan Azatiwatas tərəfindən şimaldan gələn hücumlara qarşı şəhəri qorumaq məqsədilə inşa olunub. Təxminən e.ə. 700-cü illərdə qalanın Assurlar tərəfindən yandırılıb dağıdıldığı ehtimal olunur.

Karatepe-Aslantaşın arxeologiya dünyasında bu qədər əhəmiyyətli hala gəlməsinin başlıca səbəbi onun ikidilli yazılarıdır. Finikiya və Luvi dillərində yazılmış bu mətnlər, qalanın zəngin bəzədilmiş qapılarındakı bazalt stel və relyeflər üzərində yer alır. Bu yazılar, həmin dillərdə məlum olan ən uzun ikidilli mətnlər hesab olunur və Luvi heroqliflərinin deşifrə edilməsində həlledici rol oynamışdır.

Karatepe-Aslantaş yazıları yalnız Hittit dilinin oxunmasında mühüm mərhələ yaratmaqla kifayətlənmir, eyni zamanda Yeni Hittit tarixinin izlərini də yaşadır. Bu yazılar, Dəmir Dövründə Şərqi Aralıq dənizi bölgəsindəki sosial və siyasi vəziyyətə unikal bir baxış imkanı yaradır. Məsələn, Azatiwatasın inşa etdirdiyi müdafiə istehkamları haqqında məlumat verən yazılarda, onun bölgədə iqtisadi və siyasi sabitliyi təmin etdiyi, eyni zamanda qadınların cəmiyyətdə aktiv rol oynadığı bir mühit formalaşdırdığı qeyd olunur.

Əvvəlki Yazı

“Uşaqların Rəngli Dünyası” adlı Uşaq Festivalı keçirildi – FOTO

Növbəti Yazı

Zəngəzur dəhlizinin müasir əhəmiyyəti

XƏBƏR LENTİ

Respublika Gənclər Kitabxanasında “İnsan alverinə səssiz qalma!” adlı material hazırlanıb

Respublika Gənclər Kitabxanasında “İnsan alverinə səssiz qalma!” adlı material hazırlanıb

30 İyul 2025 / 12:30
29
Sabirabadda 21 yaşlı oğlan yeniyetmə qızı öldürüb, Kürə atdı

Mingəçevirdə sərxoş kişi Kür çayında boğularaq ölüb

30 İyul 2025 / 10:19
3
Ankarada FETÖ əməliyyatı: 6 nəfər saxlanılıb

Ankarada FETÖ əməliyyatı: 6 nəfər saxlanılıb

30 İyul 2025 / 10:02
14
Rubio: Tramp Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyişin olmamasından məyus olub

“Bu cür emosional açıqlamalar əvvəllər də səslənib”-Sergey Qrabski

30 İyul 2025 / 9:26
25
8,8 bal gücündə zəlzələdən sonra Severo-Kurilsk şəhərinin bir hissəsi su altında qalıb

8,8 bal gücündə zəlzələdən sonra Severo-Kurilsk şəhərinin bir hissəsi su altında qalıb

30 İyul 2025 / 9:20
55
Toya nişanlısı ilə gələn gənc döyüldü

Şəkidə qətl hadisəsi baş verib

30 İyul 2025 / 8:51
53
Daha bir köç karvanı Cəbrayıl rayonuna yola salindi -Fotolar

Daha bir köç karvanı Cəbrayıl rayonuna yola salindi -Fotolar

30 İyul 2025 / 8:45
25
Prezident Ərdoğan: Qəzzalılar dünyanın gözü qarşısında öldürülür

Prezident Ərdoğan: Qəzzalılar dünyanın gözü qarşısında öldürülür

30 İyul 2025 / 8:37
34
Rusiyanın şərqində 8,8 bal gücündə zəlzələ baş verib

Rusiyanın şərqində 8,8 bal gücündə zəlzələ baş verib

30 İyul 2025 / 8:31
54
Yaponiyanın Sakit okean sahillərində hündürlüyü 3 metrə çatan sunami xəbərdarlığı edilib

Yaponiyanın Sakit okean sahillərində hündürlüyü 3 metrə çatan sunami xəbərdarlığı edilib

30 İyul 2025 / 8:27
39
Əlilliyi olan uşaq və gənclərin parataekvondo yarışı keçirildi – FOTOLAR

Əlilliyi olan uşaq və gənclərin parataekvondo yarışı keçirildi – FOTOLAR

29 İyul 2025 / 23:41
7
Azərbaycanlı idmançının böyük UĞURU: Həmyerlimiz İstanbulda qızıl medal qazandı – FOTOLAR

Azərbaycanlı idmançının böyük UĞURU: Həmyerlimiz İstanbulda qızıl medal qazandı – FOTOLAR

29 İyul 2025 / 23:29
56
“Zəngəzur dəhlizi məsələsi tarixi-siyasi kontekstdə” kitabının təqdimat mərasimi keçirilib – FOTOLAR

“Zəngəzur dəhlizi məsələsi tarixi-siyasi kontekstdə” kitabının təqdimat mərasimi keçirilib – FOTOLAR

29 İyul 2025 / 12:28
5
Qəzza xəstəxanalarında aclıq hökm sürür: Tibb bacıları huşunu itirirlər

Qəzza xəstəxanalarında aclıq hökm sürür: Tibb bacıları huşunu itirirlər

29 İyul 2025 / 9:48
34
Novxanı çimərliyində faciə-iki nəfər boğularaq ölüb

Xaçmazda bir nəfər dənizdə bataraq ölub

29 İyul 2025 / 9:36
45
Cəbrayıl rayonuna növbəti köç karvanı yola salındı

Daha bir köç karvanı Ağdamın Xıdırlı kəndinə yola salindi

29 İyul 2025 / 9:33
34
Həkimlər xəbərdarlıq edir: ChatGPT psixoz riski yaradır

Həkimlər xəbərdarlıq edir: ChatGPT psixoz riski yaradır

29 İyul 2025 / 9:29
29
 İsrail ordusu İordan çayının qərb sahilindəki Nablus şəhərində iki xəstəxananı mühasirəyə alıb

İsrailin Qəzzaya hücumları nəticəsində 89 fələstinli həlak olub

29 İyul 2025 / 9:26
35
Bu tüklü heyvan şizofreniya müalicəsinin açarını saxlaya bilər

Bu tüklü heyvan şizofreniya müalicəsinin açarını saxlaya bilər

29 İyul 2025 / 9:22
28
Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar YAYILDI

Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar YAYILDI

28 İyul 2025 / 20:36
3
Mark Avreli heykəli 65 ildən sonra vətəni Türkiyəyə qaytarıldı – FOTO

Mark Avreli heykəli 65 ildən sonra vətəni Türkiyəyə qaytarıldı – FOTO

28 İyul 2025 / 20:33
3
Lerikdə insan alverinə qarşı maarifləndirici tədbir keçirildi

Lerikdə insan alverinə qarşı maarifləndirici tədbir keçirildi

28 İyul 2025 / 20:28
10
Naxçıvanda polis işçisi vəfat edib

Naxçıvanda polis işçisi vəfat edib

28 İyul 2025 / 16:05
28
Respublika Gənclər Kitabxanasında “Oxu, öyrən, qazan” adlı layihə -Fotolar

Respublika Gənclər Kitabxanasında “Oxu, öyrən, qazan” adlı layihə -Fotolar

28 İyul 2025 / 15:52
55
Suriya Xalq Məclisində yerlərin sayı 210-a çatdırılacaq

Suriya Xalq Məclisində yerlərin sayı 210-a çatdırılacaq

28 İyul 2025 / 9:58
24
Böyük Britaniya Nazirlər Kabineti Qəzza ilə bağlı təcili iclas keçirəcək

Böyük Britaniya Nazirlər Kabineti Qəzza ilə bağlı təcili iclas keçirəcək

28 İyul 2025 / 9:54
28
Novxanı çimərliyində faciə-iki nəfər boğularaq ölüb

Novxanı çimərliyində faciə-iki nəfər boğularaq ölüb

28 İyul 2025 / 9:46
33
Bakıda kişi məsciddə yatdığı yerdə öldürüldü – Foto

Bakıda kişi məsciddə yatdığı yerdə öldürüldü – Foto

28 İyul 2025 / 9:41
24
ABŞ və Aİ arasında ticarət sazişi qlobal bazarlarda üstünlük təşkil edir

ABŞ və Aİ arasında ticarət sazişi qlobal bazarlarda üstünlük təşkil edir

28 İyul 2025 / 9:33
27
HƏMAS: İsrailin müdaxiləsi bəşəriyyətin iradəsinə açıq-aşkar etiraz və pirat cinayətidir

HƏMAS: İsrailin müdaxiləsi bəşəriyyətin iradəsinə açıq-aşkar etiraz və pirat cinayətidir

27 İyul 2025 / 9:41
24
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.