Gəncədə qohumlar arasında mübahisədə beş nəfər yaralanıb.
Avropa.info xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Mübahisə zəminində 1980-ci il təvəllüdlü Əli Alışanov bıçaqlanıb, daha sonra isə balta ilə xəsarət alıb.
Onun həyat yoldaşı Aynur Alışanova və 25 yaşlı oğlu Alim Alışanov isə döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
İlkin məlumata görə, onlar qudaları ilə aralarında yaranmış mübahisə zəminində xəsarət alıblar.
Xəstəxanaya yerləşdirilmiş Ə.Alışanovun vəziyyəti ağır qiymətləndirilir.
Bundan başqa, mübahisə zamanı qarşı tərəfdən 1966-cı il təvəllüdlü Zakir Sadıqov və onun oğlu 1999-cu il təvəllüdlü Elşən Sadıqov da xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.