13 - 11 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Köçəryan və Sarkisyan həbs oluna bilər-Prosesə start verildi

May 30, 2025
Siyasət
A A

Ermənistanın keçmiş prezidentlərinə qarşı müxtəlif ittihamlar irəli sürülüb. Belə ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan təxminən 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur.

Köçəryanın korrupsiya qalmaqalı

Cinayət işi üzrə aparılan istintaq zamanı müəyyən edilib ki, sabiq prezident 2008-ci ilin fevral-aprel aylarında rəsmi mövqeyindən istifadə edərək bir şirkətin səhmlərinin 100 faizinin Ermənistan vətəndaşı olmayan bir şəxsə satılmasına mane olmamaqla həmin şirkətin direktoruna üstünlük göstərib və bunun qarşılığında 2 milyon 985 min dollar məbləğində rüşvət alıb.

Bildirilir ki, Koçaryan 2008-ci il fevralın 20-də bu məbləğin 2 milyon 660 min dollarını nağd şəkildə, daha sonra isə 2008-ci ilin 3 və 21 aprel tarixlərində 200 min və 125 min dollarlıq bank köçürmələri ilə qalan hissəsini əldə edib. Rəsmi sənədlərdə bu ödənişlər “xeyriyyə yardımı” kimi göstərilib və vəsait prezidentin andiçmə mərasimi, İrəvand təşkil olunan tədbir üçün şarların icarəsi və digər xərclər üçün istifadə olunub.

Sarkisyan nədə ittiham olunur?

Ermənistanın digər sabiq prezidenti Serj Sarkisyan 2005-ci ildə İrəvanda yerləşən “Erablur” hərbi panteonunun yaxınlığındakı strateji torpaq sahələrinin qanunsuz satışında, çirkli pulların yuyulmasında və dövlətə böyük məbləğdə ziyan vurulmasında ittiham olunur.

Araşdırmalara əsasən, bu torpaq sahələri Çin Xalq Respublikasının səfirliyi tərəfindən alının və hazırda həmin ərazidə Çinin yeni diplomatik nümayəndəliyinin binası yerləşir. Rəsmi sənədlərə görə, satış qərarı Ermənistan hökuməti tərəfindən verilsə də, istintaq bu qərarın şəffaflıqdan uzaq, bir neçə məmurun şəxsi maraqları naminə verildiyini iddia edir.

Görünən qədərilə, Paşinyan Köçəryan və Sarkisyanın həbsinə hazırlaşır. Özü də o bu addımları növbəti parlament seçkiləri ərəfəsində atmaq istəyir. Hansı ki, 2026-cı ildə olacaq bu seçkilərdə “Qarabağ klanı”nın mövcud hakimiyyətdən revanş götürməkdə israrlı olduqları hiss olunur.

Görünən odur ki, Ermənistan belədə vətəndaş qarşıdurmasına doğru sürüklənir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, seçkilər yaxınlaşdıqca Ermənistanda vətəndaş qarşıdurmasının baş verməsi ehtimalı da artır:

“Ermənistanın müstəqil dövlət olmadığı, bu və ya digər hamilərindən asılı olduğu hamıya bəllidir. Belə olan halda, kənar qüvvələr çox asanlıqla Ermənistandan öz istəklərinə uyğun şəkildə istifadə edə bilirlər. Bu mənada ölkədə seçkilər yaxınlaşdıqca gərginlik də artır. Hansı ki, bu seçkiləri həm də Qərb Rusiya qarşıdurması kimi də dəyərləndirmək olar. Moskva çalışır ki, Ermənistanı yenidən öz orbitinə qaytarsın. Bunun üçün də Ermənistandakı özünə sərf edən qüvvələrin yenidən fəallaşmasını istəyir. Son dövrlər bir sıra Rusiya rəsmilərinin İrəvana səfərləri həm də bu məqsədə xidmət edir”.

Politoloq qeyd edir ki, Paşinyan da seçkilər yaxınlaşdıqca rəqiblərinin aqresivliyinin artacağını anlayır:

“Buna yol verməmək üçün də o, cinayət əməlləri törədən keçmiş prezidentlərin neytrallaşdırılmasında maraqlıdır. Ona görə də onlara qarşı məhkəmələrdə cinayət işləri qaldırılıb. Bununla da 2026-cı ilin seçkiləri ərəfəsi rəqiblərini başsız qoymağa çalışır ki, seçki dövrü kəskin qarşıdurmalar olmadan başa çatsın”.

Həmsöhbətimiz deyir ki, qarşıdan gələn il Ermənistanda növbəti vətəndaş qarşıdurmasının baş vermə ehtimalı böyükdür:

“Görünən odur ki, Ermənistanda seçki dövrü həmişə kəskin qarşıdurmalar, hətta silahlı toqquşmalarla müşayiət olunub. Bu mənada, 2026-cı il seçkiləri dövründə anoloji halın təkrarən baş verməsi də istisna deyil. Əksinə, bu ehtimal daha böyükdür. Burada əsas məsələ kənar qüvvələrin tutacağı mövqedən asılıdır. Onlar prosesə müdaxiləsi istər-istəməz ölkədəki qarşıdurma riskini daha da artıracaq. Hadisələrin gedişi belə deməyə əsas verir ki, Ermənistandakı proseslər məhz vətəndaş qarşıdurmasına doğru gedir”.

Əvvəlki Yazı

Cənubi Koreyada iyunun 3-də keçirilən prezident seçkilərində rekord erkən səsvermə

Növbəti Yazı

Peskov: Rusiya nümayəndə heyəti danışıqların ikinci raundu üçün bazar ertəsi səhər İstanbulda olacaq

XƏBƏR LENTİ

Respublika Gənclər Kitabxanasında 12 noyabr Konstitusiya Günü ilə əlaqədar virtual sərgi hazırlanıb

Respublika Gənclər Kitabxanasında 12 noyabr Konstitusiya Günü ilə əlaqədar virtual sərgi hazırlanıb

12 Noyabr 2025 / 14:33
22
“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

08 Noyabr 2025 / 10:02
10
“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

08 Noyabr 2025 / 9:55
48
Şuşanın azad olunmasından beş il ötür

Şuşanın azad olunmasından beş il ötür

08 Noyabr 2025 / 0:06
4
Azərbaycan Zəfər Gününü qeyd edir

Azərbaycan Zəfər Gününü qeyd edir

08 Noyabr 2025 / 0:03
4
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:21
30
Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:14
31
Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

07 Noyabr 2025 / 19:09
34
Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

07 Noyabr 2025 / 16:52
25
“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

07 Noyabr 2025 / 14:07
15
“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

07 Noyabr 2025 / 14:06
10
“Nar”a yeni baş icraçı direktor təyin olundu

“Nar”a yeni baş icraçı direktor təyin olundu

07 Noyabr 2025 / 14:04
37
“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

07 Noyabr 2025 / 14:01
10
Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

07 Noyabr 2025 / 13:53
14
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

07 Noyabr 2025 / 13:51
8
Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

07 Noyabr 2025 / 13:48
13
Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

07 Noyabr 2025 / 13:45
11
Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

07 Noyabr 2025 / 13:43
10
Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

07 Noyabr 2025 / 13:40
9
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

07 Noyabr 2025 / 13:34
8
Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

07 Noyabr 2025 / 13:31
15
“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

07 Noyabr 2025 / 13:29
9
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

07 Noyabr 2025 / 13:26
14
“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

07 Noyabr 2025 / 13:21
13
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

07 Noyabr 2025 / 13:19
16
“Nar”ın rəhbərliyində dəyişiklik olub

“Nar”ın rəhbərliyində dəyişiklik olub

07 Noyabr 2025 / 13:15
13
“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

07 Noyabr 2025 / 13:12
14
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

07 Noyabr 2025 / 13:07
15
Milli Qürur – Qələbə Bayramı adlı tədbir keçirilib

Milli Qürur – Qələbə Bayramı adlı tədbir keçirilib

06 Noyabr 2025 / 17:22
25
Respublika Gənclər Kitabxanasında “Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron baza istifadəçilərə təqdim edilib

Respublika Gənclər Kitabxanasında “Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron baza istifadəçilərə təqdim edilib

04 Noyabr 2025 / 20:57
10
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.